İkimiz... – Xanım Aydının hekayəsi
Ədəbiyyat
Oxunub: 2323
03 Dec 2021 | 16:58
İkimiz... – Xanım Aydının hekayəsi

 

 

Bura təzə gələndə nəyin nə olduğunu hələ anlamırdım. İlkin vaxtlar, ümumiyyətlə, çox şeyi dərk edə bilmirdim. Adımı soruşmuşdular, ağlıma gələn ilk adı demişdim – Günəş. Sonralar sənədimdən əsl adımı bilsələr də, bura gəldiyim gündə dediyim adla məni çağırırdı hamı. Elə o da. Bircə fərqlə. O mənsubəyyət də artırırdı – Günəşim deyirdi.

 

Skamyada oturmuşam. Onu gözləyirəm. İndi harda olsa, gələcək. Həmişədən elə olub. Məni gözlədib. Amma mən onu həmişə sevə-sevə gözləmişəm. Sevdiyinə əmin olduğum üçün gözləmişəm. Yoxsa, gözləməzdim. Heç bir an belə...

 

Onunla ömrünün tən ortasında görüşdük. Elə qəfil, elə gözlənilməz oldu ki... Əslində bir-birimizi çoxdan tanıyırdıq. Amma sevgi bizə ömrün ortasında gəldi. Elə gəldi nə o bildi, nə mən. Bir də baxdıq ki, bir-birimiz olmadan mümkün deyil. Qoxusuna, istisinə aşiq idim. Bilirdim ki, o da elə mənim kimi...

 

Bu gün hava yaxşıdır... Bakının sərin mehi üzümə vurur. Gözlərimi bərk yumuram. Qollarımı skamyanın söykənəcəklərinə uzadıram. Başımı geri çəkirəm. dərindən nəfəs alıram. İlahi, varsansa, bu adama görə çox sağ ol. Ya da ki, “çox sağ ol” ifadəsi düzgün deyil yəqin, şükür deməliydim. Olsun. Şükür sənə, İlahi. Elə bir vaxtda bu adamı yar etdin mənə, yarı canım qalmışdı. Onunla tam oldum, onunla bütöv oldum. Elə şükür etməyi də o özü öyrədib mənə. Həmişə deyirdi ki, axırımız necə olacaq? Deyirdim, sonumuz Maştağadır, əzizim. Gülürdü. Deyirdim ki, ordan Nardaran da yaxındır. Yayı çimərlikdə keçirərik, ikimizin də istirahətə ehtiyacımız var. Ona da gülürdü.  İkimiz, demişkən, ən çox sevdiyim söz “İkimiz” idi. Deyirdim ki, ömrüm, nə gözəl səslənir e – "İkimiz". İsti təndir çörəyini üstünə təzə çalınmış nehrə yağı kimi yayılır adamın ürəyinə. Gülürdü.

 

Gözlərimi açıram. Səmaya baxıram. Buludlar axır gedir. Uşaqlıqdan buludlara baxmağı sevirdim. Həmişə orda nəsə tapırdım, nəyəsə bənzədirdim buludları. İndi də tapdım. Uşaq kimi sevindim. Rəqs edirlər. Hə, insana bənzəyirlər. Skamyanın söykənəcəyindən belimi ayırıram. Ayağa qalxıb həmin buludlara baxıram. Sağ əlimi uzadıram. Elə uzadıram ki, elə bil çatacaq. Doğrudan da, rəqs edirlər. Vals səslənir. Şostakoviç – 2-ci vals. Mən heç vaxt onunla gerçəkdə rəqs etməmişəm. Bir dəfə demişdi ki, rəqs edə bilmirəm. Amma xəyallara nə əngəl var ki? Həmişə xəyallarımda əllərindən tutmuşam, üz-üzə rəqs etmişəm. Eynən köhnə filmlərdə ballarda rəqs edən cütlüklər kimi. Qədimi geyimlərdə, saç düzümlərində, xüsusi ədəb-ərkanla, bir-birimizə təzim etməklə... Yadıma düşdü yenə də. Başım yadıma qarışdı, buludları külək apardı bu arada. Baxıram hamı bir-bir çıxır binadan. Əsnəyə-əsnəyə, gərnəşə-gərnəşə çıxırlar. Amma o hələ ki, yoxdur. Dərindən nəfəs alıram. Həmişə ona deyirdim ki, ömrüm səni gözləyə-gözləyə keçdi, ömrüm. Gülürdü. Gələr indilərdə.
 

Bir dəfə söhbət edirdik. Çox gec görüşdüyümüzü dedi. Hiss etdim ki, məyusdur. Mənsə ona dedim: “Biz tam zamanında görüşmüşük, əzizim. Nə bir gün tez, nə bir gün gec!” Doğrudan da, belə düşünürdüm. Allah-təala özü bilir, kimi kimin qarşısına nə vaxt çıxarır. İstəməsə, diyirlənib öz havasına gedən ömür yolumuzu həmin nöqtədə birləşdirməzdi. Hər halda, belə məsləhət imiş. Belə istəyirmiş. Biz məhz həmin gün, həmin saat, həmin dəqiqə tək-təkdən “ikimiz” olmalıydıq.

 

Deyirdim ona ki, bu yaş ən gözəl yaşdır. Gənc deyilik, yeniyetmə deyilik, bu gün sevək, sabah bir-birimizdən bezək, peşman olaq. Yaşımızın da, sevgimizin də kamil çağını yaşayırıq. Gülürdü... Ona sevgim ruhi bağlılıq idi. Lap dərindən, daxildən gəlirdi. Sevgimi bütün hüceyrələrimdə hiss edirdim, nəfəsimdə hiss edirdim. Təpədən dırnağa ona dönmüşdüm, ona çevrilmişdim. “Bu elə-belə sevgi deyil”, deyirdim ona. Gülürdü. Elə indi də belədir. Heç nə dəyişməyib. Ona sevgimi bütün varlığımla hiss edirəm.

 

Dərindən nəfəs alıram. Skamyanın yanında bitən xırda sarı çiçəklərə baxıram. Nə gözəldirlər. O mənə heç vaxt gül vermədi. Amma dediyi hər bir sözdən sonra ürəyimdə güllər açdı həmişə. Deyirdi, nəyimi sevirsən axı?.. Nəfəsini, qoxunu, istini sevirəm deyirdim. Gülürdü. Yaxşı, bəs niyə mənə aşiq oldun axı, soruşurdu. O suala həmişə çiyinlərimi çəkib, “bilmirəm” deyirdim. Amma onu gözlədiyim qədər, heç kimi gözləməmişdim. Onu sevdiyim qədər heç kimi sevməmişdim. Bu dəqiq idi. Həmin yay bərk isti keçirdi. Dedi, möhkəm tərləmişəm. Düşündüm ki, onu elə belə tərli-tərli də möhkəm qucaqlayardım. Anladım. İnsan sevdiyinin hər halını sevir, hər halı ona xoş gəlir, sevimli gəlir, əziz gəlir. Həmişə deyirdim ki, qucaqlamaq istəyirəm səni... Gülürdü...

 

Hələ də yoxdur. Amma gələcək... bilirəm, bəlkə, beş dəqiqəyə, bəlkə on dəqiqəyə, bəlkə də, yarım saata gələcək, bəlkə də... bir ilə... Amma mütləq gələcək. Ola bilməz ki, gəlməsin. Mənə yüz yaşa qədər yanımda olacağına söz verib. Zəhmət çəksin, sözünü tutsun.
Mən onun müharibədən gəlişini gözləmişəm. Bu gözləmə onun yanında nədir ki? Deyirdim ki, sağ-salamat gələcəksən, dönəcəksən. Gülürdü. Deyirdi, elə əmin deyirsən ki, mən də inanıram. Deyirdim, inan mənə, əzizim. İnanırdı. Mən də ona inanırdım. Yoxluğunda saatları sayırdım. Saatları dəqiqələrə vururdum. Gələndə deyirdim ki, bax, ömrüm, filan qədər dəqiqə sənsiz olmuşam, sənin üçün darıxmışam. Gülürdü. Deyirdi, mən də darıxmışam. Bu qədər zaman aşıb keçmişik bir yerdə. İndi də elədir. İndi də olmayanda gözüm saatda qalır. Saatları dəqiqələrə vurub, onsuz neçə dəqiqə qaldığımı hesablayıram. Eynən o illərdəki kimi. 
Bura kənardan vahiməli görünsə də, içəridən elə deyil. Heç kimin heç kimlə işi yoxdur. Adı pisdir e zəhrimarın. Yoxsa ki, sanatoriya kimi yerdir belə baxanda. Havası qəşəng, yeri qəşəng, qulluq da eliyirlər. O da yanımdadır. Adama nə lazımdır e? Həmişə deyirdim ki, orda dincələrik doyunca ikimiz də. Gülürdü. Mən ağrıyanda o mənə, o ağrıyanda mən ona deyirdim ki, yüzə qədər yolumuz var, öldü yoxdur. Gülürdü. Deyirdi ki, səndən ötrü narahatlığım özü də sevgidir. Mən də bilirdim. Ən azı mənim qədər həssas idi. Məni ondan yaxşı heç kim duymamışdı, heç kim hiss etməmişdi. Dalğalarımız o qədər üst-üstə düşürdü ki... Bəzən ikimiz də, yox, bəzən yox, həmişə ikimiz də buna məəttəl qalırdıq. Eyni şeyi ikimiz də eyni anda düşünürdük. Üz-üzə baxıb qəfildən eyni sözü eyni anda bir-birimizə deyirdik. Və bu, doğrudan da, hər dəfə bizi "ikimiz" edirdi, "biz" edirdi. Tamlaşdırırdı, bütövləşdirirdi bizi. İki insanın eyni dalğada olması, doğrudan da, fantastik bir hisdir. Dalğa demişkən, bir dəfə dedi ki, axı necə oldu qovuşduq sənlə? Necə ayrı-ayrı adamlardan "biz"ləşdik, bütövləşdik? Dedim mən dalğaları yara-yara axının əksinə üzdüm, üz-üzə, göz-gözə gəldik. Hər şey, doğrudan da, inanılmaz oldu. Amma mən ona həmişə inandım. Bunca zamanda heç vaxt içimdə ona qarşı zərrə qədər də şübhəm olmadı – nə sözünə, nə hissinə, nə də heç nəyə. Bizimki ruh bağlılığı idi. O ruhlar iki yad adamı – bizi bir-birimizə bağlamışdı, tamlaşdırmışdı. Deyirdi, tamlaşmaq, bütövəşmək çox gözəldi. Deyidim yarım sənsən, gülürdü.

 

Elə ki, darıxırdım, deyirdim, darıxmışam e sənin üçün. Deyirdi mən də darıxmışam. Deyirdim bəs niyə görüşmürük? Gülürdü. Görüşürdük. Biz hər şeydən danışırdıq. İstənilən mövzuda rahatca fikirlərimizi bölüşürdük. İlahi, nə qədər gülürdük biz?!. Arada mahnı da oxuyurduq. Repertuarımız o qədər fərqli idi ki. Mən hansısa mahnıdan bir cümlə oxuyurdum, o da səsini kökləyib davamını gətirirdi. Küçələrdə külək kimi veyil-veyil gəzib-dolaşırdıq. Köhnə evlərə baxırdıq. İkimiz də nəyisə xatırlayırdıq. Bəzən onun gözlərində məndən kədərə keçid aldığını görürdüm, dərhal fikrini dağıdırdım. Onu heç kədərli görmək istəmirdim. o da məni. Həmişə deyirdi ki, gözlərinə kədər yaraşmır, gülümsə. Deyirdim, güldür də.  Günümüzün rəngli tərəfi, sevincli, sevgili tərəfi ikimiz idik. İkimiz varıqsa, həyat bizə xoş gəlirdi. Deyirdi, təbəssümünü sevirəm. Deyirdim, mənim təbəssümüm dua kimidi, duamın ünvanı sənin adındı. Gülürdü. Deyirdim ki, Allah məni sənin taleyinə yaxşı insan olduğun üçün yetirib, məni sənə mükafat kimi verib. Gülürdü. Elə indi də deyirəm, “yadında sənə deyirdim, Allahın sənə hədiyyəsiyəm, gülürdün”. Razılaşır. Yenə də gülür, təbəssümünə qurban olduğum.

 

Ən çox da başımı sinəsinə qoymağı sevirdim. O da sağ qolunu boynuma dolayırdı. Həmişə də ürəyinin döyüntüsünü sayırdım. Xoşuma gəlirdi. Xoşbəxtlik bu idi, əslində. Yanında olmaq, yadında olmaq...

 

Deyirdim ona ki, ehtimal nəzəriyyəsi nə deyir, bu gün görüşə biləcəyik? Gülürdü. Və mən onu sevməkdən, ona “səni sevirəm” deməkdən doymurdum, yorulmurdum, heç bir dəfə də olmadı ki, bunu dilimə almaq istəməyim. Elə indi də, gün açılandan gecə gözlərini yumana qədər “səni sevirəm” deyirəm. Gülür. Əvvəllər də gülürdü. Bir dəfə dedim ki, səni dəhşət çox sevirəm. Dedi o necə olur?.. Ona Marina Svetayevanın qızı Efrondan danışdım. Efron bibisiylə söhbət edirmiş. Bibisi soruşub ki, məni sevirsən. O da cavabında “Dəhşət çox sevirəm” deyib. Bibisi ona başa salmağa çalışıb ki, dəhşət çox pis deməkdir, pissə sevmirlər. Çox sevirəm demək lazımdır. Bibisiylə dirəşən Efron anasını köməyə çağırır. Marina Svetayevanın cavabı mükəmməl olur: “Dəhşətli sevmək, adicə sevməkdən və ya çox sevməkdən daha yaxşı və daha çoxdur!” Güldü. Dedim, mən də səni dəhşət çox sevirəm, əzizim. Güldü...
Arada bir məni hirsləndirirdi.  Amma o hirsin də elə adı hirs idi e. O heç vaxt məni hirsləndirmədi, heç bir dəfə də olsun ağlatmadı, qanımı qaraltmadı. Yox, amma arada qanımı qaraldırdı. Bundan bir azdan danışaram. Hirslənməyim bir anlıq olurdu, partlayırdım, deyirdim daha səni çox istəməyəcəm, darıxmayacam. Qəribə baxışlarla mənə baxırdı. Özümü saxlaya bilmirdim. Deyirdim, daha da çox istəyəcəm. Gülürdü. Ondan heç nəyə görə inciyə bilmirdim. İncitmirdi məni. Bəlkə də, nəyəsə görə inciyə bilərdim, amma aramızdakı sevgi incikliyə imkan vermirdi. Qanımı qaraltmağı isə qəsdən olmurdu. Görüşümüz alınmayanda bircə qanım qaralırdı. Düzü, bunu heç ondan gizlədə də bilmirdim. Ümumiyyətlə deyim ki, biz onunla son dərəcə açıq idik. Bir-birimizdən heç nəyi gizlətmirdik. Sevgimizi də deyirdik, düzgün hesab etmədiklərimizi də, hər şeyi də. Mənim arada ondan küsməyim vardı. Elə küsürdüm, elə barışırdım, o yazığın heç xəbəri də olmurdu. Onu heç vaxt artıq kapriz, inciklik, nə bilim, lazımsız şeylərlə yükləmək istəmədim. İstəyirdim, ömrümüzdə hər şey gözəl olsun. Taleyimizdə qalan hissəni birlikdə sevgi dolu, rəngbərəng, xoş keçirək. Elə də oldu. Bu günə kimi əllərimizin istisi özümüzü, ürəyimizin istisi sevgimizi qorudu, bizə dayaq oldu. Həmişə deyirdi, ürəyinə qurban olum. Heç ürəyim götürmürdü, özüm ona gündə min dəfə qurban olum desəm də, onun deməyinə qıymırdım. Bir yeri ağrıyanda deyirdim ki, sənə gələn mən gəlsin. O dəqiqə etiraz edib deyirdi ki, elə demə. Mən deyirdim, gəlsin!.. gülürdü...

 

Durum bir az gəzişim. Görüm harda qaldı bu tənbəl yenə də? Görüm harda qaldı bu tənbəl yenə də? Əvvəldən necə yatağan idisə, necə yuxudan ötrü əldən gedirdisə, indi də elədi. Söz deyən kimi də deyir ki, cavanlıqda o qədər işləmişəm, indi yatıb yuxumu alıram. Tənbəldi tənbəl. Eybi yox, yatsın, mən bir az hava alaram. 

 

Hər səhər gözlərimi açan kimi “sabahın xeyir” deyirdim ona. O da mənə deyirdi. Bircə bu söz kifayət edirdi ki, sabah, doğrudan da, xeyirli olsun. Birdən gecə yatanda “gecən xeyrə qalsın, quzum” deməsəydi, qanım qaralırdı. Yuxum çəkilirdi. Elə bir sifət alırdım ki, özü görsə, səhərə kimi saçımı tumarlar, yuxuma şirinlik qatardı.

 

“Səsini, qoxusunu sevdiyim” deyirdim ona. Gülürdü. Deyirdim ona ki, gözü bağlı min yox, milyon adamın içindən qoxundan səni tanıyaram. Gülürdü. Deyirdi məndən nə iy gəlir ki?.. Deyidim ki, eşq qoxusu. Gülürdü. Deyirdi ciddi soruşuram e. Deyirdim, ciddi deyirəm də, eşq qoxulumsan mənim. Gülürdü. Əslində ondan heç nə gözləmirdim. Sadəcə yanımda olmağını istəyirdim. Mənə sarılmağını istəyirdim. Başqa heç nə... başqa heç nə... Bir dəfə dedim ki, məndən nə vaxtsa ayrılmaq istəsən, rahatca ayrılıb gedərsən, mən səni heç tutmayacam da, səni geri qaytarmağa çalışmayacam da.  Amma getməyini istəmirəm...

 

Getmək demişkən, gəlib çıxmadı tənbəl. Özüm gedim görüm hardadı. Allah bilir yatıb qalıb yenə də. Yavaş-yavaş ensiz cığırla binaya doğru gedirəm. Hamı çıxıb hava almağa. Hə, burdakılar haqqında da deyim. Çox maraqlı adamlar var burda. İçlərində istedadlı olanlar da var. Fərqli olanlar da var. Amma hamının üzündə xoş bir təbəssüm ruhumu sakitləşdirir. Bu mərkəzin hasarından o tayda bu cür rahat, bu cür huzur dolu insanlar çətin tapıla. Burda heç kim heç yerə tələsmir, heç kim heç yerə gecikmir. Arada kiməsə tərsinə köynək geyindirirlər. O da olur. Amma yenə də bura hasarın o üzündən daha təhlükəsizdir. 

 

Bir dəfə iki gün olmadı. Nə bilim, nənəm demiş, ya vəlvələdən, ya zəlzələdən yoxa çıxdı.  Ona məktub yazdım. Lap qədim vaxtlardakı kimi, kağız məktub: "Sənin varlığının əhvalıma necə təsir etdiyini son vaxtlarda xüsusən hiss edirəm. Varlığınla birlikdə elə yoxuğunun da. Demişdim axı sənə, mən həssas adamam, bir sözündən gülümsəyən, bir sözündən qəribsəyən. Nə bilim, bəlkə, bununla yoruram səni. Yoxsan, daş asılıb elə bil ürəyimdən. Elə bir ağırlıqdadır ki, çiyinlərimi aşağı çəkir. Onlarla birgə üzüm də, cizgilərim də, gözlərim də yerə dikilib. İçimi saran lənətə gəlmiş darıxmağı qoparıb heç yerə ata bilmirəm. O da bir tərəfdən nəfəsimi kəsir. Dilxor edir məni. Yoxsan... Yoxluğun dilimdən şükrümü alır. Rəngləri bulandırır. Amma indi gəlib bir söz, cəmi bircə söz desən, qaşımın düyünü də, gözümün kədəri də, ürəyimin nisgili də  havaya uçub gedəcək. Cəmi bircə söz... O bircə sözü də gözündə böyüdürsən, mənə çox görürsən. Bilirsən? Məni həyatda heç nə yıxmayıb. Mənim gücüm sənin bildiyindən də çox, lap çoxdur. Sənin yoxluğuna da qatlana bilərəm. Buna da gücüm çatar. Özüm istəmirəm. Çox da ki mənə deyirsən ki, güclü adamsan. Mən sənsizliyə yetəcək gücümü sənə göstərmək istəmirəm. Mən sənin yanında sevgimi göstərmək istəyirəm, bağlılığımı, lap qarşında zəifliyimi, zərifliyimi göstərmək istəyirəm, amma sənsizliyə çatacaq gücümü yox... yox...yox... Yoxsan, yenə də yoxsan... nəfəsim ciyərimdən mənə minnət qoya-qoya çıxır. O da mənə ağırlıq edir. Cəmi bircə sözün yetər ki, nəfəs alım..." Əslində, bu qədər sözə bəlkə də, heç ehtiyac yox idi. Mən sadəcə onun üçün çox darıxmışdım. Çox... O məktubu indi də saxlayıram. Olsun ki, bir az saralıb, bir az köhnəlib. Hislərim ki, həminkidi.  
Yavaş-yavaş gedirəm. O yatan otağın qapısını açıram, cırıldayır. Bəxtəvər elə yatıb ki, heç bu səsi də eşitmir. Onu görən kimi özümdən asılı deyil, üzümə təbəssüm gəlir. İlahi, verdiyin bu xoşbəxtliyə görə sağ ol. Yox e, min şükür sənə. Yavaşca sol tərəfindən uzanır, onu qucaqlayıram. Həmişə solumda ol – ürəyimə yaxın ol, deyirdi. Nəfəsim nəfəsinə dəyəndə qımışır. Gözlərini açır. “Gəldin?” deyir. “Gəldim, ömrüm, gəldim” deyirəm. Sonra ikimiz də gözlərimizi yumuruq. Heç bilmirəm, bunlar olub, yoxsa olmayıb. Bu "İkimiz"dən biri olan adam var, yoxsa yox. Bilmirəm, bəlkə də, indi burda özüm-özümə sarılmışam. Bəlkə mən özüm də heç burda deyiləm. Sadəcə beynimdə hər şey pozulub. Həkim deyir məndə dissosiativ pozuntudur. Yəni şəxsiyyətin ikiləşməsi. Əgər həkim məndə ikiləşməni görürsə, deməli, ikimiz də varıq. Amma mən yenə də heç nə bilmirəm... Bircə bilirəm ki, onu çox, eləcə çox sevirəm...

 

“Azərbaycan” jurnalı

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər