Türk ədəbiyyatı dərgisi: Əhməd Kabaklıdan İmdat Avşara...
Ədəbiyyat
Oxunub: 2774
18 Jun 2021 | 20:41
Türk ədəbiyyatı dərgisi: Əhməd Kabaklıdan İmdat Avşara...
Tarixin müxtəlif dönəmlərində və eləcə də bu günümüzdə Ədəbiyyatın, söz sənətinin savaş meydanında göstərilən şücaət və cahangirlik qədər türk milli düşüncəsinin formalaşmasında önəmli rol oynadığı göz önündədir. Ümumiyyətlə,  ədəbiyyat bütün zamanlarda cəmiyyətin mənəvi barometri, mənəviyyat aynası, dərsliyi olmuşdur. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəvi çatışmazlıqlar ədəbiyyata, ədəbiyyat isə insana, mənəvi mühitə daim təsir etmişdir. Fəlsəfi ədəbiyyatlarda da göstərilir ki, millətin formalaşmasında milli özünüdərk, mənəvi yaddaş, milli mənlik şüurunun formalaşması və s. kimi önəmli detallar özünü göstərir ki, burda da ədəbiyyatın rolu və təsir dərəcəsi mütləqdir. 
 
Bu mənada, zamanın tələbinə cavab verən ədəbiyyatı yaratmaq sözün əsl mənasında, qəhrəmanlıqdır. Bu günkü baxış bucağından bizə asan və ya sadə görünən işləri reallaşdırmaq tarixin ziddiyyətli dönəmlərində həqiqətən də böyük zəhmət və iradə hesabına başa gəlib. Əhməd Kabaklı ədəbiyyat dünyasının məhz belə fədakar şəxsiyyətlərindən olub. 
 
 
Fuad Köprülü, Nihat Sami Banarlı, Abdulbaqi Gölpınarlı, Ahmed Hamdi Tanpınar, İsmayıl Hikmət Ertaylan, Məhmət Kaplan və başqalarının içində bulunduğu ədəbi mühitin yetirməsi olan Əhməd bəy hələ əsrin sonunda “Türk ədəbiyyatı” beşcildliyini ortaya qoymaqla Türk ədəbiyyatşünaslığının Əhməd Kabaklı kopsepsiyasını irəli sürmüşdür. Türk Dil qurumunun həqiqi üzvü olan Əhməd bəyin 1978-ci ildə  yaratdığı və ömrünün sonuna qədər başçılıq etdiyi Türk Ədəbiyyatı Vəqfi Cumhuriyyət dönəmində Türkiyənin  əsas ədəbiyyatşünaslıq mərkəzlərindən birinə çevrilmişdir. 
Əhməd bəydən sonra isə Vəqfin rəhbəri ədibin varisləri – qardaşı oğulları Sərvət bəy Kabaklı və Sərhat bəy Kabaklı olmuşdur. Əsası Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanı bu gün Sərhat bəy Kabaklıdır. 
 
 
Vəqfin Ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Və bir məqamı qeyd etmək yerinə düşər ki, Türk Ədəbiyyatı Vəqfi İstanbula gedən hər bir Azərbaycan ziyalısı üçün müqəddəs ocaqdır. Bu, tarixən belə olmuşdur, bu gün də belədir, yarın da belə olacağı mütləqdir...
 
Türk Ədəbiyyatı Vəqfinin quruculuğu ilə bərabər Əhməd Kabaklı həm də Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etmişdir. Dərgiyə  baş redaktorluq edən Əhməd bəyə müasirləri “şeyxülmühərririm” – yəni “yazıçıların mənəvi başqanı” fəxri adı vermişlər. Əhməd Kabaklı Türk ədəbiyyatı tarixində ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Və baş redaktoru olduğu “Türk ədəbiyyatı” dərgisi də ədəbi-bədii, elmi-publisistik yönləriylə milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb olmuşdur. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi yarım əsrdir ki, türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır. 50 ilə yaxın kəsintisiz yayımlanan dərgiyə Əhməd Kabaklıdan sonra İsa Kocakaplan, Bəşir Ayvazoğlu, Bəxtiyar Aslan baş redaktorluq etmişlər. 
 
 
Əsası böyük mütəfəkkir Əhməd Kabaklı tərəfindən qoyulan, öz tarixi kökləri, gələnək və milli dəyərlərə bağlılığı ilə yaddaşlarda işığa çevrilən “Türk ədəbiyyatı” dərgisinin baş redaktorluğu kimi böyük ədəbi məsuliyyət və mənəvi missiya bu gün Azərbaycan ədəbiyyatının fədakar dostu, yorulmaz təbliğatçısı, Türk dünyasının sevilən qələm adamı, yazıçı, tərcüməçi İmdat Avşara həvalə olunmuşdur. 
 
İmdat Avşar ismi Ədəbiyyat dünyası üçün çox şey deməkdir... Elə adamlar var ki, onlara şeirin, nəsrin, publisistikanın, bütövlükdə ədəbiyyatın çərçivəsindən baxmaq olmur. Şair də, yazar da, publisist də desən, yenə nəsə çatışmayacaq... Belə adamlar bütövlükdə mənəviyyat dünyasında bir hadisədir. Bu mərtəbədən yanaşanda dəyərli İmdat Avşar gördüyü işlərin ruhani miqyasına və mənəvi çəkisinə görə  özündən sonrakı ədəbi nəslə böyük Əhməd Kabaklının milli və mənəvi irsini ötürmə məqamındadır... 
 
 
İmdat Avşar 1967-ci ildə Anadoluda Kırşəhirə bağlı Kamanda dünyaya gəlmiş, ilk və orta təhsilini də elə Kamanda almışdır. 1989-cu ildə Qazi Universiteti Kırşəhir Təhsil Texnikumunu bitirərək əmək fəaliyyətinə başlamışdır. Bir müddət Malatya və Ərzurum bölgələrində müəllimlik etdikdən sonra 1993-1997-ci illər arasında təkrar təhsil həyatına dönmüşdür. İnönü Universiteti Təhsil fakültəsindən Təhsili İdarəetmə və Nəzarət şöbəsindən məzun olduqdan sonra 1999-cu ildə Fırat Universiteti Sosial Elmlər İnstitutunda ali elmi dərəcəsini tamamlayaraq İğdırda təhsil müfəttişi olaraq çalışmağa başlamışdır. Daha sonra Kayseridə təhsil müfəttişi olaraq görəvini davam etdirmişdir. 2017-ci ildə Türk ədəbiyyatı Vəqfinin başqanı Sərhat bəy Kabaklının və Bəxtiyar Aslanın təşəbbüsü ilə İstanbula dəvət olunan İmdat Avşar həmin tarixdən bu günədək həyat və yaradıcılıq yollarını Türk Ədəbiyyatı Vəqfi və Türk ədəbiyyatı dərgisi ilə bağlamışdır.
 
Ədəbiyyat dünyasına İmdat Avşar imzası “Qardaş qələmlər”, “Hərfənə”, “Koroğlu”, “Sancaqdar”, “Göybayraq”, “Bizim külliyə”, “Bərcəstə”, “Şəhriyar”, “Kün ədəbiyyat”, “Künbətaltı”, “Aqora”, “Çınqı”, “Alatoo” dərgilərindən artıq çoxdan tanış və doğmadır. Ədibin Türk dilimizin müxtəlif ləhcələrinə uyğunlaşdırılan şeir və hekayələri Kərkükdə “Qardaşlıq”, Bağdadda “Bayraq”, Azərbaycanda “Ulduz”, “Azərbaycan”, “Literaturnıy Azərbaycan” jurnalları, Qırğıızstanda “Çınqı” və “Alatoo” dərgilərində, Kırımda “Ümid karvanı”, “Nənkəcan”, Başqırdıstanda “Ağıdil”, Kosovada “Türkcəm”, Kuzey Kıbrısda “Turnalar” kimi dərgilərdə yayımlanmışdır. 
 
İmdat Avşar Türkiyə Yazarlar Birliyinin, Azərbaycan Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
 
İmdat bəyin çağdaş və klassik ədəbi ənənələrə söykənən zəngin nəsr yaradıcılığı vardır ki, orijinal yazı tərzi, qeyri-adi ifadə forması, şeir kimi bənzərsiz təhkiyə yaratmaq qabiliyyəti, əsərlərinə məxsus psixoloji – fəlsəfi dərinlik və mövzu rəngarəngliyinin sirayət etdiyi “Süsənləri solan bozqır” (2009), “Soyuq röya (2012), “Göyərçin sevdası” (2021) kitabları ilə bütün Türk dünyasında böyük oxucu auditoriyasının rəğbətini və sevgisini qazanmışdır. 
 
“Gecənin susqun nəğməsi” şeir kitabının tərcüməsinə görə 2010-cu ildə Beynəlxalq Rəsul Rza mükafatına, “Şahnaz xanım kolleci” hekayəsinə görə Mədəniyyət Nazirliyi tərəfindən Abbas Sayar hekayə yarışmasında birincilik ödülünə, Yeni Üfüqlər dərnəyi Türk mədəniyyətinə xidmət ödülünə, Yunus Əmrənin xatirəsinə həsr olunmuş hekayə yarışmasında “Soyuq röya” hekayəsi ilə birincilik ödülünə, “Aydınlıq gecələr” adlı hekayələr toplusu ilə Türk ləhcələri arasında ən yaxşı hekayə tərcüməsi ödülünə, Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət Beynəlxalq ədəbiyyat ödülünə, “Övliya Çələbinin izində Azərbaycan” adlı kitabıyla Yurt dışında Azərbaycanı ən çox tanıdan əsər ödülünə, “Soyuq röya” kitabı ilə İLESAM-ın ən yaxşı hekayə ödülünə, Beynəlxalq Mahmud Kaşğarlı fondu tərəfindən Kaşğarlı Mahmud mükafatına və Vektor Elm Akademiyasının “Şahmar Əkbərzadə” adına mükafatına, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatının dostu”, Azərbaycan Yazıçılar Birliyinin “Nizami” mükafatına, Qazaxıstan dövləti tərəfindən Qazax xanlığının 550 il medalına, TÜRKSAV  tərəfindən Türk Dünyasına Hizmət Təşfiq ödülünə, TÜRKSOY tərəfindən Çingiz Aytmatov mükafatına layiq görülmüşdür.
 
Təltif olunduğu mükafatlar sırasında Azərbaycanla bağlı ödüllərin sayının çoxluğu İmdat bəyin yaradıcılığının böyük bir hissəsini Azərbaycan ədəbiyyatına həsr etməsindən qaynaqlanır. Mirzə Fətəlidən, Mirzə Cəlildən üzübəri tərcümə edə-edə gəldiyi və bu gün sevə-sevə təbliğ etdiyi Azərbaycan ədəbiyyatının ən doğması, fədakar dostu İmdat Avşarın yaxından təşəbbüsü ilə bu il həm də “Türk ədəbiyyatı” dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunacaqdır. Bütün bu məqamlar “dildə və düşüncədə bir olan” iki qardaş dövlətin bütövlüyü ideyasının mədəni istiqamətdə daha aydın təzahürünü göstərməkdədir. 
 
Maraqlı və diqqətçəkən bir məqamdır ki, Türkiyədə və türkcə qonuşan qardaş ədəbiyyatlarda məhz Azərbaycana həsr olunan xüsusi buraxılışların, demək olar ki, hamısı İmdat Avşarın təşəbbüsü və redaktorluğu ilə işıq üzü görmüşdür. “Türk ədəbiyyatı” dərgisinin xalq yazıçısı Anara, akademik İsa Həbibbəyliyə, xalq şairi Sabir Rüstəmxanlıya,  xalq yazıçısı Kamal Abdullaya, qırğız xalq yazıçısı Çingiz Aytmatova, “Koroğlu” dərgisinin Sabir Rüstəmxanlıya və Əjdər Ola, “Çınqı” dərgisinin Nigar Rəfibəyliyə və Məmməd İsmayıla, Qardaş qələmlər” jurnalının Rəsul Rza, Anar, Çingiz Dağcı, Çingiz Aytmatova həsr olunmuş xüsusi buraxılışlarının və hər ilin fevralında “Türk ədəbiyyatı”nın Xocalı həqiqətlərini dünyaya çatdıran özəl sayının işıq üzü görməsində məhz İmdat bəyin baş redaktor kimi müstəsna xidmətləri olmuşdur.
 
 
Bu il dərginin ötən ay - may buraxılışı Türk dünyasının millətçi yazarlarından, xanım mücahidlərindən olan Əminə İşınsunun əziz xatirəsinə ithaf olunmuşdur. Çağdaş Türkiyə ədəbiyyatının görkəmli simalarından olan Əminə xanım “Sancı”, “Çiçəklər büyür”, “Cumhuriyyət türküsü”, “Nisan yağmuru”, “Bir mən vardır məndə məndən içəri”, "Kiçik dünya", "Əzab torpaqları", "Dustaq", "Qaf dağının ardında", "Atlı qarışqa", "Alparslan","Hacı Bayram", "Hacı Bektaş Vəli" və s. kimi dərin məzmunlu romanların, bir çox dram əsərlərinin müəllifidir. İnsanın psixoloji yaşantılarını, qadınların məhbəs həyatını, Türk təsəvvüf tarixinin zirvə şəxsiyyətlərinin ideallarını bənzərsiz üslubda əsərlərində əks etdirən yazarın həyat və yaradıcılıq yoluna həsr olunmuş dərginin bu sayı həm də Türk dünyasının milli düşüncəli gənc aydınlarından olan İmdat Avşarın  ilk baş redaktor kimi imzasının təsdiqidir.
 
Düşünürəm ki, bu sadəcə, İmdat Avşara həvalə olunan dərgi redaktorluğu deyil...
 
Bu, Türk dünyasının böyük mütəfəkkir ziyalılarından olan Əhməd Kabaklının başladığı yolun, körpünün mənəvi miraslığının İmdat Avşara  ötürülməsidir, estafetdir...
Bu, sələflərinin başladığı Haqq işinə xələf olaraq İmdat Avşarın verəcəyi mənəvi töhfəyə inamın nəticəsidir...
 
Belə bir məsuliyyətli işin İmdat Avşara həvalə olunması İmdat bəyin sadəcə qələminə və ya ədəbi nüfuzuna olan rəğbətdən qaynaqlanmır, bu həm də, Onun paradiqmatik düşüncə tərzinə, milli və bəşəri məsələlərə yanaşma özəlliyinə, dünyaya və xüsusən Türk dünyasına baxışına və obyektivliyinə inamın bəlli bir təzahürüdür.
 Qələm Vicdandır!
Qələm tarixi və ədəbi məsuliyyətdir!
Qələm milli özünüdərkin və mənlik şüurunun ifadəsidir! 
 
Bu gün bütün ruhuyla, varlığıyla qələmə sarılıb Haqqın keşiyində və əlahəzrət Sözün hizmətində dayanan, Ədəbiyyatımızın fədakar hamisi, Ruhumuzun könül dostu İmdat Avşar bu xidmətləriylə həm də böyük Türk dünyasının Əjdərha daşı,  idraki sütunu olan Əhməd Kabaklının  mənəvi varisi kimi müqəddəs bir yola çıxıb. Mənim düşüncəmə görə, “modernləşdikcə”, “kürəsəlləşdikcə” dəyərləri itən bir mühitin ortasında öz mənəvi dünyasını yaradıb 5-10 qələm dostunu başına toplayıb qəzet və ya dərgi nəşrinə çaba göstərən, dolayısıyla söz üçün savaş verən adamların fədakarlığı Kürşadın 40 igidi ilə qaldırdığı üsyan bərabərindədir... 
 
Fikirlərimi dəyərli baş redaktorun öz sözləriylə yekunlaşdırmaq istəyirəm. Söhbətlərimizin birində İmdat bəy demişdi ki: “Ədəbiyyatla və sənətlə edilən mücadilə hərbi və siyasi mücadilədən daha dərin və ciddi izlər qoymaqdadır. Və biz ədəbi mücadiləmizi reallaşdıra bildiyimiz qədər daha böyük zəfərlər qazanmış olacağıq!”
 
Ədəbiyyatımızın və Ruhumuzun könül dostu əziz İmdat Avşarın baş redaktorluq fəaliyyətini ürəkdən qutlayır, yürüdüyü böyük ədəbiyyat yolunda  başarılar və möhkəm can sağlığı diləyirəm!
 
Xəyalə Zərrabqızı
filologiya üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
23:29, Bu gün
Uşaqlıq fotosunu paylaşdı
23:23, Bu gün
“Real Madrid” İspaniya çempionu olub
23:05, Bu gün
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
22:52, Bu gün
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
22:50, Bu gün
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
22:26, Bu gün
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
22:25, Bu gün
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
21:44, Bu gün
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
21:34, Bu gün
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
21:13, Bu gün
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
21:12, Bu gün
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
21:05, Bu gün
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
20:53, Bu gün
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
20:52, Bu gün
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
20:50, Bu gün
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
20:48, Bu gün
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
20:46, Bu gün
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
20:43, Bu gün
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
20:36, Bu gün
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
20:35, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
20:34, Bu gün
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
20:33, Bu gün
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
20:31, Bu gün
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:01, Bu gün
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO