Moderator.az oxucuların çoxsaylı xahişlərini nəzərə alaraq "Ədəbiyyat" səhifəsi yaradıb və müraciət edən söz adamlarının şeir və hekayələrini təqdim edir.
Mahirə Nərimanqızı
(Abdullayeva) Lənkəran rayonunda anadan olmuşdur.
İndiki BDU-nun filologiya fakültəsini yüksək qiymətlərlə bitirmişdir.
Hələ orta məktəb illərinndən şeirləri
bir sıra qəzet və jurnallarda çap olunmuşdur.
Bu gün də onun heca, əruz və sərbəst
vəzndə olan şeirləri qəzet və jurnallarda tez-tez çap olunur.
Mahirə Nərimanqızı “Zərif beytlər” adlı
ədədbi birliyin yaradıcısı və rəhbəridir.
“Ürəyimdən qaçıram mən” adlı kitabı 2012-ci ildə çap olunmuşdur.
Bir neçə toplu kitabların(almanaxların) çap olunmasını təşkil etmişdir.
Yeni kitabı nəşrə hazırlanır.
Çataçat
Bir cüt gözəm ”“ içi qəmli, nisgilli,
Bir cüt qaşam, çatılıbdır çataçat,
Bir cüt sözəm ”“ nalə dilli, qəm dilli,
Bir atəşəm, çatılıbdır çataçat...
Ömür atım çapıb gedir, dayanmır,
Günüm nənni ”“ yatmış bəxtim oyanmır,
Başımdan qəm tökür fələk, doyammır,
Ürəyimə çat salıbdır çataçat.
Gecə keçir, uzaqlarda səhərdir,
Ümidlərim üzəngidir-yəhərdir,
Xəyallarım uzun yallı kəhərdir,
Üfüqlərə yol alıbdır ”“ çataçat.
Heç bilməzdim
Yerdən göyə mən çiləndim,
Göydən yerə səpələndim,
Dumana, çənə bələndim,
Düzdə, dağda səni gəzdim,
Vəfasızsan, heç bilməzdim.
Göz yaşımı suya qatdım,
Dalınca çox sular atdım,
Əlimi sənə uzatdım”¦
“Dönməyəcək!””“ bunu sezdim,
Vəfasızsan, heç bilməzdim.
Çərpələng
X üçün
Sən göydə süzən bir gözəl çərpələng,
Mən sənin dalınca qaçan bir uşaq,
Göylər masmavidir ,sənsə rəngbərəng,
Fərəhdən uçuram sənə baxaraq.
Bir incə tel ilə bağlıyam sənə,
Qalmışam o incə tel ümidinə,
Keçərsən bir dəli rüzgar cənginə,
Bir anda əllərim bomboş qalacaq.
Göylərdə süzürsən,yerlə qaçıram,
Sənlə yaşayıram,sənlə “uçuram”.
Qəlbimin qorxusun sənə açıram:
Bir gün bu röyanın sonu olacaq,
Bir anda əllərim bomboş qalacaq”¦
Ad günüm
Bir ilim də keçib getdi,
Gözüm qaldı baxa-baxa,
Bir ili də xırdaladım:
İçindən neçə gün çıxa....
Ötən ilin yaddaşında
Neçə toyum-yasım qaldı,
Görən, daxılın dibində
Neçə əskinasım qaldı?
12.06.13
Məni alın
ürəyimin əlindən...
İçi dolu qızıl qandır bu qəlbin,
Məni alın ürəyimin əlindən,
Çəkə bilmir canım dağ kimi dərdin,
Məni alın ürəyimin əlindən....
Ha yalvarıb-yaxarıram, eşitmir,
Dərdə dəva axtarıram, eşitmir,
Allahıma and verirəm, eşitmir”“
Məni alın ürəyimin əlindən....
Dərd çəkməyə hər dəmi var qəlbimin,
Dünya boyda dərd-qəmi var qəlbimin,
Canım kimi həmdəmi var qəlbimin”“
Məni alın ürəyimin əlindən....
Nə deyirəm, heç nə onu ovutmur,
Təsəllilər odun-közün soyutmur,
Vəfasızı bircə gün də unutmur ”“
Məni alın ürəyimin əlindən....
Bu qəlb məni elə günə saldı ki,
İllərimi məndən elə aldı ki,
Mahi, burda neçə günüm qaldı ki?”“
Məni alın ürəyimin əlindən....
09.10.12
Adını sən
qoy...
(Hasretmi,vuslatmı, adını
sen koy... türk mahnısından.)
Durna qanadında ötən illərin
Rəsmini mən çəkdim, adını sən qoy,
Qərib diyarlarda itən illərin
Rəsmini mən çəkdim, adını sən qoy.
Sübhəcən yollarda qalan gözlərin,
Qorxuyla, təlaşla dolan gözlərin,
Səni gəzib, xəbər alan gözlərin,
Rəsmini
mən çəkdim, adını sən qoy.
Qırılb, inciyib, küsən ürəyin,
Dünyayla salamın kəsən ürəyin,
Allah qapısında əsən ürəyin,
Rəsmini mən çəkdim, adını sən qoy.
Qəfəsdə quş kimi çırpınan eşqin,
Qanadı tərs dönüb, qırılan eşqin,
Durna tək köksündən vurulan eşqin
Rəsmini
mən çəkdim, adını sən qoy...
İlkin
xəta
Bir zaman qəlbimdə güllər açardı,
Kəpənək uçardı necə rəngbərəng!...
Gün qızıl tellərlə şəfəq saçardı,
Külək təmizlərdi, silərdi qəşəng.
Şimşək görməmişdi o zaman qəlbim,
Bilmirdi düşdüyü yeri yandırır.
Payız yağışının bilmirdi təmin,
Bilmirdi bu yağış can usandırır...
Bilmirdi payızı, qışı var ömrün,
Hələ yazın, yayın səfasındaydı,
Bilmirdi nə qədər yaşı var ömrün,
Ömrün hələ ilkin xətasındaydı...
...Payız qapısını döyür nə vaxtdır,
Gör neçə sualın cavabındayam!..
Qəlbimə bir dəva arama, doktor,
O ilkin xətanın əzabındayam...
Dünya
əynimə dardır
İynə gözünə batsın,
a mənə paltar tikən,
Tikişləri sökülür,
dünya əynimə dardır...
Qayçı
dizinə batsın,
ay
bu paltarı biçən,
Üstümdən dərd tökülür,
cismim
qabar-qabardır”¦
Qumaşı
iynə-iynə,
alovdan tikib düymə,
Yaxa qüssədən ilmə,
içi borandır,qardır...
Üstümdə tikib donu,
gəlmir eni-uzunu
Necə soyunum bunu?”“
Bir yolun bilən vardır?
Şəhidlər
Xocalı şəhidlərinə
O yerin insanı deyil tək şəhid,
O yerin torpağı, daşı da şəhid,
O yerin maralı, cüyür-ceyranı,
O
yerin göyü də, quşu da şəhid!...
O yerdə açmayır
dağların gülü,
Köçüb ”“ görən yoxdur
Xarı bülbülü,
Yazı, yayı qəmgin, güzü
mürgülü,
Al qana bələnən qışı da
şəhid.
Quruyb
o yerdə güllər, zanbaqlar,
Quruyub ağaclar, atlas
yarpaqlar,
Düşübdür taqətdən o
məğrur dağlar,
Bulağın gözündə yaşı da
şəhid.
Şəhiddir o yerin əsən
küləyi,
Şəhiddir şəhidin nakam
diləyi,
Dəlik-deşik olmuş ana
ürəyi,
Göynəyir ”“ qəlbinin
başı da şəhid.
Sərbəst vəzn
Bir addım
Birnəfəsə yazdığım şeirlərdən”¦
Ən yaxın arzuya
bir addlm,
Ən yaxın qonşuya
bir
addım.
Gecədən səhərə
bir addım.
Sevincdən qəhərə
bir addım.
Qızıma çatmağa,
bağrıma basmağa
bir addım.
Oğlumu görməyə,
alnından öpməyə
bir addım.
Sevgidən nifrətə,
vüsaldan həsrətə
bir addım.
Bu gündən sabaha,
Savabdan günaha
bir addım...
Addımla
gedirik
bu ömür yolunu,
Addımlar həll edir
hər işin sonunu.
Tək Allah yaxındır
addımdan da bizə;
Qapını açmadan,
bir addım atmadan
əlini uzadır
Göylərə açılan
əllərimizə.
25.06.12
Daş adam
Bir daş adam istəyirəm ”“
oturum qabağında,
danışım dərdlərimi...
açıb-töküm
ürəyimdəkiləri...
Sözümü
kəsə bilməsin...
bir söz deyə
bilməsin...
sakitcə dinləsin.
Heç kimə deməsin
dediklərimi...
Qaşları çatılmasın,
gözündən yaş axmasın
dinlədikcə
söylədiklərimi.
Qəlbini sıxdığımçın
vicdan əzabı çəkməyim,
üzr istəməyim...
Danışdıqca danışım
yüz ilin,
min ilin qat-qat
yığılmış ”“
ürəyimdə qartımış
dərdlərini...
Arzularım
Arzularım
balıqçı vedrəsində ;
bir qismi tullanıb
düşür dənizə,
bir
qismi
çabalayar”¦çabalayır”¦
Ömrünü başa vurur
ordaca
üzə-üzə”¦
Bu Göyü
aparın dəniz sahilinə,
Bu Göyü
aparın dəniz sahilinə,
Qoy dərdini desin
həmdərdinə”¦
Boşaltsın ürəyini,
Dəniz dalğalanıb,
yusun kədərini”¦
Bəlkə, eyni açıldı,
bəlkə, üzü güldü bu Göyün”¦
Bəlkə,açıldı
neçə gündür
qaşlarına vurulan düyün”¦
21.06.13
Əruz
Məni
qəm içrə gömüb, göyləri vəd etmə, canım
Hara gömdünsə, o yer cənnətə layiq məkanım.
Ala bilməz məni bir kimsə bu qəmlərdən,inan,
Köləyəm onlara, ol qəmlərə sığnaqdı
canım.
Nə qəmin varsa, əta qıl mənə, gəl
etmə inad,
Çəkəcək, sanma zəif,qəlbimə vardır gümanım.
Nə gəlir bəndəyə, gəlsin təki Səndən ”“
nə gözəl!
Çəkərəm canım ilən kim, çəkə bilməz cahanım.
Saralıb Mahi ”“ sənin
hicrinə dözmür ürəyi,
Deyir, eşq aşiqə zinətdi, qoy
odlara yanım.
*****
Gedə
bir gün bu kədər, tapmaya döndükdə məni,
Ala gündüz çırağın, axtara bu kökdə məni.
Ola xoşbəxt ürəyim, qalmaya ondan bir əsər,
Aça güllər”“ bu kədər seçməyə güllükdə məni.
Uça quştək ürəyim, göydə buludlarla gəzəm,
Qədərim çəkməyə, artıq, bu ağır yükdə məni.
Aza yurdun-yuvasın, qoy buraxa qəm yaxamı,
Yaradan qoymaya bəxtim asa bir tükdə məni.
Mahi, xoşbəxt edəcək, istəsə Allah,bilirəm,
Bu imarət nə gərək, bir kiçik üskükdə məni.
25.01.13
***
Mahirə Nərimanqızı(Abdullayeva)