2021-ci il - “Nizami Gəncəvi ili” çərçivəsində məktəblilər arasında şeir müsabiqəsinin səsvermə mərhələsi sona çatıb.
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Azərbaycan Rsepbulikasında 2021-ci il - "Nizami Gəncəvi ili" çərçivəsində tədbirlərin həyata keçirilməsi, məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilən 2021-ci il - “Nizami Gəncəvi ili” çərçivəsində məktəblilər arasında şeir müsabiqəsinin səsvermə mərhələsi başa çatıb.
Qeyd etdiyimiz kimi müsabiqə iştirakçılarının videoları Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində açıq səsverməyə çıxarılmışdır. Onlayn müsabiqəmizin şərtlərinə əsasən ən çox bəyənilmə (Like) toplayan 3 müəllifi qalib seçilib.
Beləliklə, müsabiqənin səsvermə mərhələsinin qalibləri:
I yer – Yusif İsmayılov – 37 saylı tam orta məktəbin şagirdi - topladığı səs 679
(diplom, medal, 100 manat pul mükafatı).
II yer – Rəşid Niftəli – “Tərəqqi” liseyin şagirdi - topladığı səs 648
(diplom, medal, 50 manat pul mükafatı).
III yer –Sadiq Qəzənfərli - 39 saylı tam orta məktəbin şagirdi - topladığı səs 534
(diplom, medal, 50 manat pul mükafatı).
Eyni zamanda şeir müsabiqəsinin münsiflər heyəti tərəfindən müəyyən edilmiş qalibləri:
I yer – Zəhra İmranlı – Laçın rayonu, 21 saylı tam orta məktbin şagirdi (diplom, medal, hədiyyə)
I yer – Mühəmməd Alovlu - 177 saylı tam orta məktəbin şagirdi (diplom, medal, hədiyyə)
II yer – Mühəmməd Əlizadə - 247 saylı tam orta məktəbin şagirdi (diplom, medal, hədiyyə)
II yer – Mədinə Əliyeva - 291 saylı Ekologiya liseyinin şagirdi (diplom, medal, hədiyyə)
III yer – Gülər Həsənli – S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdi (diplom, medal, hədiyyə)
III yer – Nihad Şafahatov - 45 saylı tam orta məktəbin şagirdi (diplom, medal, hədiyyə)
Bunlardan əlavə fəxri fərmanlar ilə təltif olunacaq şagirdlər:
1. Mənzər Tacəddinova – 212 saylı tam orta məktəbin şagirdi
2. Fatimə Alıyeva - 258 saylı tam orta məktəbin şagirdi
3. Aysu Bayramova - 34 saylı tam orta məktəbin şagirdi
4. Fidan Məmmədova - 193 saylı tam orta məktəbin şagirdi
5. Nuray Əhmədova - 93 saylı tam orta məktəbin şagirdi
6. Yağmur İsmayılzadə - 73 saylı tam orta məktəbin şagirdi
7. Saleh Nuriyev - 57 saylı tam orta məktəbin şagirdi
8. Zəhra Mustafayeva - 47 saylı tam orta məktəbin şagirdi
9. Zümra Əsədova – Məktəb-Lisey Kompleksin şagirdi
10. Amal Axmadulin - 82 saylı tam orta məktəbin şagirdi
11. Həyat Cəfərli – 36 saylı tam orta məktəbin şagirdi
12. Arzum Babaşova – 45 saylı tam orta məktəbin şagirdi
13. Aydan Qarayeva – 39 saylı tam orta məktəbin şagirdi
14. Ramal Novruzov – 177 saylı tam orta məktəbin şagirdi
15. Emin İsmayılov - 37 saylı tam orta məktəbin şagirdi
16. Sücəddin Bədəlli – 39 saylı tam orta məktəbin şagirdi
Mükafatlandırma 21 may 2021-ci il tarixdə saat 15.00-da Nərimanov Rayon Gənclər və İdman İdarəsində keçiriləcək.
Hər bir iştirakçıya təşəkkür və qaliblərimizi təbrik edirik.