Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımıza ədəbiyyatımızın daim böyük maraq göstərdiyi şübhəsizdir. Bəs şəhidlərimiz, qəhrəmanlrımızın dərsliklərdə daha geniş təbliğ edilməsinə ehtiyac varmı?
Moderator.az-a açıqlama
verən milət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bunu məqsədəuyğun hesab etsə də,
bu məsələdə bəzi məqamlara diqqət göstərməyin vacib olduğunu vurğuladı:
“Şəhidlərimiz, qəhrəmanlarımız
çoxdur. Təbii ki, onların qəhrəmanlığı, igidliyi təbliğ olunmalıdır. Lakin bu
zaman bədii keyfiyyət əsas götürülməlidir. Hansı şeirlər ki, sadəcə ictimai
şüur baxımından deyil, həm də bədii zövq baxımından 1500 illik yaşı olan ədəbiyyatımızın
tələblərinə cavab verir, məhz həmin şeirlər dərsliklərə salınmalıdır. Yəni sırf
mövzunu əsas götürərək hansısa əsəri dərsliyə salmağın mənası yoxdur. Əgər bu tələblər
gözlənilərsə, o zaman təbii ki, belə şeirlərin, əsərlərin dərsliklərə salınması
məqsədəuyğun olar ”.
Seymur ƏLİYEV