"Aqşin Yeniseydən sonra şair adı çəkmək üçün bir xeyli fikirləşib, qış yuxusuna getməli olursan"
Oxunub: 3282
15 Feb 2016 | 16:35

Moderator.az bu gün otuz yaşını qeyd edən şair Qılman İmanla müsahibəni təqdim edir: 



”“ Qılman, 30 yaşın oldu. Bu illərin neçəsi şeirlə keçdi?


”“ Şeir yazmağa 5-ci sinifdə oxuyandan başlamışam.


”“ Bəs çap olunmağa? 


”“ 2000-ci ildən şeirlərim çap olunur. Belə götürəndə 20 ilə yaxını şeirlə keçib bu 30 ilin.


”“ Məncə, 30 yaradıcı adam üçün ciddi yaşdır. Sən bu yaşın sanbalına layiq yazılar yazıbsanmı?
”“ Təbii ki, yox. İndi düşünürəm ki, daha çox yaxşı əsərlər yaza bilərdim, potensialımdan doğru-düzgün istifadə etməmişəm. Xüsusən jurnalist, publisist  qabiliyyətimi çox dincə qoymuşam. Qeydlər apardığım, yazıb çap etdirmədiyim yazılarım az deyil. Bu barədə dostların tənəsi çox gəldiyindən fikirləşirəm ki, onları yavaş-yavaş çap etdirim. Kəmiyyət baxımından az yazmağıma baxmayaraq, keyfiyyət baxımından yaşımdan böyük olan şeirlərim az deyil.


”“ Sən 2008-ci ildən "Gənc ədiblər məktəbi"nə gedib-gəlirdin, elə həmin vaxtlarda AYB-nin üzvü oldun. Bir neçə şeir kitabın çap olundu. Bəs niyə digər qələm dostlarından fərqli olaraq imzan tez-tez görünmür?


”“ Bəlkə də bu ən çox eşitdiyim sualdı. Bir az məndə çox yazmağa, çox çap olunmağa qarşı allergiya var. Bəzən ən xoşuma gələn imzaları çox yazdığına görə oxumuram. Onları qınamıram da. Heç kim kefindən köşə yazmır. Amma düşünürəm ki, müəyyən qədər oxucunu intizarda saxlamaq da lazımdı ki, yazılarını oxuyandan sonra səni kəşf etməsi üçün yer qalsın. İndi kitabımı hazırlayıram deyə şeirlərimi tez-tez oxumağa məcbur oluram. İnan ki, çox oxuduqca görürəm öz şeirlərim də gözümdən düşür. Bəzən bu şeylərə görə kitab çıxarmaqdan imtina edirəm. İldə 2-3 dəfə çap olunuram, bu, mənə bəs edir. Onu da dostlar məcbur etdikləri üçün çap etdirirəm çox zaman. Bir də mən özümü özümün ən yaxşı oxucusu hesab etdiyimdən çox zaman çap məsələsi önəmli görünmür. Bir az da mühafizəkarlıq var məndə. Başqa heç bir problem yoxdu.


”“ Atan Aqil İman, əmin Sərraf Şiruyə məşhur el şairləri olublar. Özünü bir şair kimi atanın və əminin davamçısı hesab edirsənmi?


”“ Təbii ki, onların həm fiziki, həm də ruhi baxımdan davamçısı hesab edirəm özümü. İlk gördüyüm şair onlar olub, ilk dəfə şeir yazmağa başlayanda onlar kimi yazmağa başlamışam. Hətta onların üslubunda yazdığım şeirlərdən ibarət iki kitabım da çap olundu, amma sonralar o kitabları ləğv elədim.


Mənim Bakıya gəlişim, qaynar ədəbi mühitə düşməyim,  mütaliə dairəmin genişliyi yolumu dəyişdirdi, estetik zövqümü formalaşdırdı. Formaca onlar kimi yazsam da məzmunca tamam başqa bir havada yazdım. Mövzularım, poeziyaya baxışım çox fərqlidi onlardan. Fərid Hüseyn yazmışdı ki, nə yaxşı Qılman atasının uğurlu-uğursuz təkrarı deyil.


”“ Qılman, sənə şair kimi mane olan nədir, nə imkan vermir ki, sən özünü ifadə eləyə biləsən?


”“ Sərvər, bilmirəm bu sualı nəyə əsaslanıb verirsən. Əgər az yazıb, az çap olunmağa görə deyirsənsə, yanlış düşünürsən. Şaiq Vəlinin 65 şeiri qalıb, bu, o demək deyil ki, Şaiq özünü ifadə eləyə bilməyib. Balzak neçə roman yazıb, bu romanların neçəsində özünü tam ifadə edə bilib? Güzəşt etsək 5-nin adını zorla çəkərik yəqin ki. Mən özümü ifadə eləyə bilməsəydim, özümü təbliğ etməyə-etməyə bu oxucuları necə qazana bilərdim? Əgər mən özümü ifadə edə bilməsəydim Tofiq Hacıyev kimi bir alim Bakı Dövlət Universitetində tələbələrinə mənim şeirlərimi oxumazdı. Özümdən xəbərsiz burda da yox, İranda kitabımı çıxarmaq istəyənlər hardan ola bilərdi? Bir sözlə çox demirəm, özümdən başqa 5 adamın yaddaşında şeirlərim varsa, deməli, nəinki, öz içimi, həm də onların istədiklərini ifadə edə bilirəm.


”“ Heca şeirinə, xalq yaradıcılığına dırnaqarası baxanlar, ironiya edənlər var. Sən də heca şairisən. Özünü bu ironik baxışlardan necə qoruyursan?


”“ Mən o dırnaqarası baxanlardan fərqli olaraq heca şeirindən də, xalq yaradıcılığından da yaradıcı şəkildə bəhrələnməyə çalışıram. Qaldı ki, o ironiya edənlərin özündən şair adı soruşan da heca şairlərinin adını çəkir, onların şeirlərini deyirlər. Şaiq Vəlinin, Salamın, Esmira Məhiqızının şeirlərinə kim nə deyə bilər? Yoxsa “postmodernist”lərin hamısının yazdığı şedevrdi? O dəstənin içində Aqşin Yeniseydən sonra şair adı çəkmək üçün bir xeyli fikirləşib, qış yuxusuna getməli olursan.


Anar Aminin "azadlıq" şeirində bir bənd var:


Nə istəyir qu dənizdən?
Azalmayır su dənizdən,
Min illərdi bu dənizdən,
Ada azadlıq istəyir.


Bir-iki imza istisna olmaqla Anarın özü demişkən, bütün postmodernistlərin küliyyatından ağırdı. Janra görə mətnə qiymət vermək nə dərəcədə doğrudu?


Nikola Bualonun "Poeziya sənəti" əsərində heca şeirlərilə, o cümlədən, qafiyə ilə bağlı bir fikri var: "Fikir qafiyənin hökmdarı, qafiyə isə fikrin müti quludur”. Bunu deməkdə məqsədim odur ki, kim hansı janırda yazır yazsın, yetər ki istedadla yazsın. O da var ki, dünən də, bu gün də heca şeirində zəif şeirlər yazılır, ənənəvi qaydada mərd-namərd məsələsi, qarğa-tülkü obrazı hələ də təkrarlanır.


Bir şeyi unutmaq lazım deyil ki, əsl ədəbiyyat bütün izimlərdən yuxarıda dayanır. Ədəbiyyatı hansısa izmə tabe etmək onun meydanını kiçiltmək deməkdir.


Qaldı mənim şeirlərimə. Mən sırf o klassik çərçivədə qalmamışam ki, kimsə mənim şeirimə ironiya eləsin, eləyənlər də varsa görünür mənim şeirlərimi yaxşı oxumayıb. Ya da heca şeirini yaxşı bilmir. Şeirlərimdəki intonasiyadan tutmuş, mövzulara qədər ”“ nə varsa hamısı mənə məxsusdu. 


”“ Səncə, yazarın mənsub olduğu regionun onun yaradıcı ruhuna təsiri nə qədərdi?

”“ Mühitin təsirinin olması təbiidir və olmalıdır. Bu təsir daha çox qərb zonasında qabarıq hiss olunur. Misal üçün Gəncədən yuxarı ”“ Qazax, Tovuz, Göyçə, Kəlbəcər zonasında  kim şeir yazıbsa, hamısı sazın ritmi ilə yazıb. Hamısı əvvəl qoşma-gəraylıdan başlayıb. Eləsi olub yaza-yaza özünü doğruldub, o şablon ritmdən çıxıb, eləsi də var hələ də köhnə hava üstündə, dağları bağlarla qafiyələndirib yazır.


Biz tərəfdə təcnis yaza bilməyən şairə ciddi baxmırlar. Təcnis xalq şeirində sınaq janrı kimi qəbul olunur. Mən təzə-təzə şeir yazmağa başlayanda deyirdilər ki, təcnis yaza bilirsənmi? Bu barədə rəhmətlik Sərraf Şiruyə ilə çox söhbətlərimiz, hətta qızğın mübahisələrimiz olub. Mənə olan sevgisindən istifadə edib bəzən tənqiddə edirdim onu. İnsafən, o da bacardığı qədər dözümlü yanaşırdı. Sonra düşündüm ki, tənqid etməyim yersizdir. Çünki Şiruyə müəllimdən, eləcə də, başqa el şairlərindən həmişə qoşma, təcnis, gəraylı yazmaq tələb olunub, mühit onu tələb edib. Ona görə də çox şeirlərini mühitin "ağzı düz" olsun deyə yazıblar. O cür şeirlər kütləyə hesablandığından tez də məhşurlaşır.


”“ Bir şeirində deyirsən ki:

Məni bağışlasın analar gərək, 
Özünü doğanda doğulur adam.

Necə düşünürsən sən özünü doğmusanmı?


”“ Şairin öz şeirini izah eləməsinə heç vaxt yaxşı baxmamışam. Bu, bir kişinin xanımını tərifləməsinə bənzəyir. Bu şeirdə mən demirəm ki, özümü doğmuşam. Sadəcə, bir fikir olaraq deyirəm ki, özünü doğanda doğulur adam. Bir də ki, sən dediyin şeirdə mətləblər elə də dərində deyil ki, mən izah eləyib nəyisə üzə çıxarım. Bu şeir haqqında Əsəd Cahangir daha yaxşı danışır, özünəməxsus şəkildə izah edir. Nə zaman Əsəddən müsahibə götürsən bu şeir haqqında sual ver, maraqlı açıqlama verər tənqidçi dostumuz. Şair şeir yazıb həm də izah edəcəksə, bəs onda tənqidçilər nə işlə məşğul olacaq? (gülür)


”“ Mənə elə gəlir, sən şeirlərində ölümlə, Allahla daha çox uğraşırsan başqa şairlərə nisbətən. Bunun özəl bir səbəbi varmı?


”“ Allah və ölüm haqqında demək olar həmişə düşünürəm. Bu heç vaxt bilərəkdən olmur, hətta bir lirik şeir yazanda da şeirin sonu gedib ya Allaha bağlanır, ya ölümə.


Çox qəribədir ki, indi 7 pərdəli Allahla bağlı bir poema yazıram, orda da özümə məlum olmayan yerlərə gedib çıxmışam. Yaza-yaza bəzi suallara cavab verməyə, cavab tapmağa çalışıram.


”“ Təxminən səninlə eyni dövrdə ədəbiyyata gələn, yazıb-yaradmağa başlayan cavanlar var: Fərid, Qismət, Anar Amin, Aqşin Evren, Şəhriyar... Onların şeiri sənə necə təsir edir?


”“ Şeir haqqında mənim fikirlərim bir az amansızdı, bəzən də çox sərt yanaşıram. Bu amansızlığıma görə səmimiyyətimə inanmayıb inciyən dostlar da olub. Hamının sevdiyi şeiri nadir hallarda bəyənirəm mən. Şeir mənimçün havadan ibarətdi. O havanı ala bilmirəmsə, görmürəmsə oxuya bilmirəm.


Anarın, Fəridin demək olar ki, ilk oxucusuyam. Fəridin şeirlərində, intellekt, metafizik qat var, amma hava azdı. Anarın şeirlərində isə hava var, intellekt yoxdu. Hər ikisinin təqdir etdiyim kifayət qədər yaxşı şeirləri var. Qismətin şeirləri isə eksprement xarakterli olduğundan daha çox esselerini, mütaliəsini, ədəbi fikirlərini maraqla izləyirəm. Aqşinin Evrenin bir neçə şeiri var ki, Aqşin Yeniseyin şeirləri qədər maraqlıdı. Amma onun bəzi şeirlərində genetik yaddaş zəifliyi hiss olunur. Şəhiyarın bir şeiri var: "Oktyabr". Salamın havasında yazsa da maraqlı yazıb. Kitabı isə xoşuma gəlmədi, ittahaflarla doludu, varaqladıqca tamada kitabını xatırladır adama. Məncə, Şəhriyar hələ imitasiya dövrünü yaşayır, yəqin ki, zamanla özünəməxsus şeirlərini yazacaq.


”“ Qılman, hansı halda hiss edirsən ki, şeir yazmalısan? Bu hissi necə izah edə bilərsən?


”“ Şeir bayaq dediyim kimi mənim üçün havadı. O hava qəza kimi qəfil gəlir. Həm də duadı. Bəzən düşünürəm ki, mən tək şeir yazmıram, həm də ibadət edirəm, günahlardan arınıram şeir yaza-yaza. Allahla ən səmimi olduğum vaxt şeir yazdığım vaxtdı demək olar. Bunun sirri özümə də məlum deyil. Nə yazıq ki, bu hallar az olur.


Mən şeir yazmamışdan qabaq, adətən, o şeirin birinci musiqisini ürəyimdə bəstələyirəm. Sonra səslərin, sözlərin növbələşməsini gözləyə-gözləyə  o musiqinin havası ilə misraların dalınca düşüb şeirin yoluna çıxıram.


Aylarla şeir yazmadığım vaxt olur, heç vaxt planlı şəkildə yazmıram. Belə demək mümkünsə, şeir məni yazanda mən şeiri yazıram. Aradan vaxt keçəndən  sonra təkrar-təkrar o şeirə qayıdıram ki, görüm yazdığımı düzmü yazmışam.


”“ Heç  nəsrdə qələmini sınamısanmı?


”“ Tələbə vaxtıydı. “Sevgilimin ad günü” adlı bir hekayə yazmışdım. Hətta çap da elətdirdim o vaxt. Tələbə vaxtı dostlarım üçün maraqlıydı. Sonra illər keçəndən sonra gördüm ki, həvəskar bir qələm məşqidi.


Amma illərdi atamla bağlı bir  hadisə başımda dolanır. Onu nə zamansa povest, ya hekayə şəklində yazmaq istəyirəm. Doğrusu, nəsr yazmaq böyük zəhmət və səbr tələb etdiyindən həmişə ehtiyat etmişəm. Kamal Abdulla demişkən, nəsr döyüşdə səngər qazamağa bənzəyir. Yazmaq üçün kifayət qədər materialım olsa da hələlik o riskə getməkdən çəkinirəm.


”“ Niyə Yazıçılar Birliyindən çıxmırsan? Bəzən deyirlər istedad bu birlikdə qala bilməz.


”“ Yazıçılar Birliyindən  heç bir umacağım yoxdu. Ordan da çıxıb-çıxmamağım heç nəyi dəyişmir. Əgər bilsəm ki, mənim oradan çıxmağım nəyisə dəyişəcək, bu dəqiqə çıxaram. Açıq desəm, Yazıçılar Birliyinin üzvü kimi özümdə heç bir məsuliyyət hiss etmirəm. Çünki o məsuliyyəti hiss elətdirməyiblər. Nə qurultay keçiriləndə dəvət olunmuşam, nə Gənclər Şurası yaradılanda. Yazıçılar Birliyi mənim üçün dostlarım işləyən binadır. Arada gedib dərdləşirəm dostlarla .


”“ Yaradıcılığında bir yenilik gözlənilirmi? Təzə nə yazırsan?


”“ Bəzi planlarım var. İlk növbədə şeir kitabımı hazırlayıram. "Allah" poemasının üzərində işləyirəm. Bir də Sərraf Şiruyə haqqında kitab yazmaq fikrim var. Bəzi qeydlərim demək olar hazırdı. Amma hələ ki şeir kitabımla məşğulam.(teleqraf.com)


Oxşar xəbərlər
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY