SEPAH:
Dünya
158
21:50, Bu gün

SEPAH: "BƏƏ İran vətəndaşlarının əmlaklarını müsadirə etməyə başlayıb

Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran vətəndaşlarının əmlakının müsadirəsinə başlanıldığı iddia olunur.

Moderator.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu öz "Telegram" kanalında məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, BƏƏ-də bir qrup İran vətəndaşının saxlanılaraq daha sonra səhranın ortasında yerləşən ağır şəraitli həbsxanalara göndərilməsi barədə məlumatlar daxil olur.

Məlumatda həmçinin bildirilir ki, hökumət və ya Xarici İşlər Nazirliyi tərəfindən vəziyyətin araşdırılmasına yönəlmiş hər hansı cavab tədbiri görülməyib.

Qeyd olunub ki, xaricdə yaşayan İslam Respublikası vətəndaşlarının narahatlığı, eləcə də iki ölkə arasında gərginlik artmaqdadır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər