22:48
10°C
Bakı
ABŞ Senatının Bank komitəsi Kevin Uorşun Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə namizədliyini təsdiqləyib.
Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, səsvermə partiya xətti üzrə keçirilib: bütün 13 respublikaçı namizədin lehinə, bütün 11 demokrat isə əleyhinə səs verib.
Bu qərar onun namizədliyinin Federal Ehtiyat Sisteminin hazırkı sədri Cerom Pauellin səlahiyyət müddəti mayın 15-də başa çatana qədər Senat tərəfindən təsdiqlənməsinə imkan verəcək.
Çərşənbə günü Federal Ehtiyat Sisteminin ikigünlük iclası başa çatır.