22:36
10°C
Bakı
Bir sıra ölkələrdə "Spotify" striminq xidmətində nasazlıq müşahidə olunur.
Moderator.az bildirir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilir.
Məlumata görə, istifadəçilərin 58%-i tətbiqin işindən, 23%-i audionun axın şəklində ötürülməsində çətinliklərdən, daha 11%-i isə qoşulmada fasilələrdən şikayətlənir.
ABŞ-də 3,3 mindən çox istifadəçi işdə pozuntular barədə məlumat verib. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və Kanadada da nasazlıqlar qeydə alınır.