Tıxac probleminə son: 2 saatlıq yol 10 dəqiqəyə enir
Dünya
691
18:05, Bu gün

Tıxac probleminə son: 2 saatlıq yol 10 dəqiqəyə enir

ABŞ-da nəqliyyat sahəsində inqilabi addım atılıb. 

Moderator.az xəbər verir ki, nəhəng dron görünüşünə malik, tamamilə elektriklə işləyən beş nəfərlik hava taksiləri Nyu-York səmalarında sınaq uçuşlarına başlayıb.

Bir pilot və dörd sərnişin daşıma qabiliyyətinə malik olan bu xüsusi vasitə, helikopter kimi şaquli şəkildə havaya qalxa bilir. Pərvanələrinin istiqamətini dəyişərək irəli hərəkət edən hava taksisi ənənəvi helikopterlərdən daha səssiz işləməsi və sıfır emissiya istehsal etməsi ilə fərqlənir.

Tıxac Probleminə Son: 2 Saatlıq Yol 10 Dəqiqəyə Enir

Layihənin əsas məqsədi Manhettendəki mövcud helikopter meydançalarından istifadə edərək hava limanına gediş müddətini minimuma endirməkdir. Hazırda avtomobillə 1-2 saat çəkən Manhetten-JFK marşrutunun bu hava vasitələri ilə cəmi 10 dəqiqədən az müddətə tamamlanması planlaşdırılır.

ABŞ Nəqliyyat Nazirliyi tərəfindən seçilen səkkiz pilot proqramdan biri olan bu 10 günlük uçuş kampaniyası Federal Aviasiya Administrasiyasının (FAA) inteqrasiya proqramının tərkib hissəsidir. Sınaqlardan əldə edilən məlumatlar bu texnologiyanın təhlükəsiz tətbiqi üçün yeni hüquqi tənzimləmələrin hazırlanmasında istifadə olunacaq. "Delta Air Lines" və "Uber" kimi nəhəng şirkətlərlə tərəfdaşlıq edən Joby Aviation FAA-nın beş mərhələli sertifikatlaşdırma prosesinin artıq son mərhələsinə gəlib çatıb. Şirkət rəsmi icazələri aldıqdan sonra hava taksi xidmətini bütün dünyada yaymağı hədəfləyir. 

Qeyd edək ki, mart ayında start verilən pilot layihələr təkcə şəhər daxili sərnişin daşınmasını deyil, həm də yük daşımaları, təcili yardım əməliyyatları və avtonom uçuşları əhatə edir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər