20:45
11°C
Bakı
ABŞ-İsrail və İran arasında münaqişə başlayandan bəri mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ilk tanker Hörmüz boğazından keçərək Fars körfəzindən yola düşüb.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri məlumat verib.
Bildirilib ki, Liberiya bayrağı altında üzən "Mubaraz" gəmisi mart ayında Birləşmiş Ərəb Əmirliklərinin Das adasındakı "Abu Dhabi National Oil Co" şirkətinin terminalında yüklənib və hazırda Hindistan sahillərinin cənub-qərbindədir.
"Marine Traffic" gəmilərin izlənməsi xidmətinin məlumatına görə, tanker 28 gün əvvəl Fars körfəzində olarkən məkan barədə siqnal verməyi dayandırmışdı.