Rusiyada şəhər meri saxlanıldı - DETALLAR
Dünya
163
14:12, Bu gün

Rusiyada şəhər meri saxlanıldı - DETALLAR

Rusiyanın Ufa şəhərinin meri Ratmir Mavliyev iş otağında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu informasiyanı "KP-Ufa" nəşri yayımlayıb.
 
Məlumata görə, mer dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Başqırdıstan idarəsinin Petropavlovskaya küçəsində yerləşən binasına aparılıb.
 
Nəşrin mənbələri vurğulayırlar ki, şəhər rəhbərinə qarşı istintaq hərəkətləri həyata keçirilir. Ehtimal olunur ki, Ratmir Mavliyevə "Raduqa" sanatoriyasına məxsus torpaq sahəsinin satılması barədə suallar ünvanlanıb. Xatırladaq ki, mart ayında "Proof" portalı qeyd olunan torpaq sahəsi üzrə dələduzluqda şübhəli bilinən Ufa Vahid Regional Səhiyyənin Mühafizəsi Mərkəzinin baş direktoru Ayqel Vinnikovaya qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Şəhər merinin saxlanılması Ufa administrasiyasının gündəlik fəaliyyətinə heç bir təsir göstərməyib.
 
Qeyd edək ki, daha əvvəl Krımsk meri Yanis Budaqovun 2025-ci ilin dekabr ayında həbs edilməsi barədə xəbər dərc etmişdi. Sözügedən şəxs də bələdiyyəyə məxsus torpaqların mənimsənilməsi və fırıldaqçılıq əməllərində şübhəli bilinirdi. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər