21:50
11°C
Bakı
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistana yola düşüb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə bildirib.
O qeyd edib ki, İranla danışıqlar aparacaq ABŞ nümayəndə heyətini daşıyan təyyarə bir neçə saat ərzində İslamabada eniş edəcək.
ABŞ Prezidenti Vensdən başqa xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşnerin də nümayəndə heyətində təmsil olunduğunu qeyd edib.