İran XİN:
Dünya
219
14:15, Bu gün

İran XİN: "ABŞ tərəfindən gəminin ələ keçirilməsi atəşkəsin pozulmasıdır"

İran Xarici İşlər Nazirliyi ölkəyə məxsus gəminin ABŞ Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsini atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
 
"Dəniz blokadası və İrana məxsus ticarət gəmisinə edilən hücum atəşkəs rejiminin açıq şəkildə pozulması deməkdir", - deyə o vurğulayıb. Nümayəndənin sözlərinə görə, rəsmi Tehran ABŞ-nin bu addımları ilə əlaqədar olaraq müvafiq qərarlar qəbul edəcək.
 
Qeyd edək ki, ötən gün axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Oman körfəzində İrana aid yük gəmisini ələ keçirdiyini bəyan edib. Daha sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus "Touska" ticarət gəmisinin ələ keçirilməsi anının görüntülərini yayımlayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər