"Hizbullah" qruplaşmasının rəhbəri Naim Qasem Hörmüz boğazının bağlanmasına görə, İrana təşəkkür edib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, N. Qasem Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumlarının dayandığını xatırladıb.

"İranın dəstəyinə görə minnətdarıq; Hörmüz boğazının bağlanması Amerika və İsraili Livana qarşı hücumları dayandırmağa məcbur edib", – o bildirib.

Onun fikrincə, silahlı müqavimət olmasa, atəşkəs əldə edilməzdi: "Düşmən Livanda istəyinə çata bilməyib, 45 günlük savaşda təslim olmadıq".