Hollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib
Dünya
270
18 Apr 2026 | 22:18

Hollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib

"Catch Me If You Can" ("Bacarsan, tut məni") filmindən tamaşaçılara tanış olan Fransa aktrisası Natali Bay 77 yaşında vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
 
Ailə üzvlərinin sözlərinə görə, o, bir gün əvvəl evində demensiya səbəbindən dünyasını dəyişib.
 
Natali Bay 90-dan çox filmdə, o cümlədən "Daunton abbatlığı" və "Bu, yalnız dünyanın sonudur" filmlərində rol alıb. Karyerası ərzində dörd dəfə Fransanın milli "Cesar Award" mükafatına layiq görülüb.
 
Natali Bay 1948-ci ildə Normandiyada rəssam ailəsində anadan olub. Kinoda debütünü 1972-ci ildə "Parisdə qısa görüş" filmində edib.
Link kopyalandı!
Son xəbərlər