Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.
Moderator.az "Kiyev Novini" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Bəzi mənbələr dörd nəfərin öldüyünü bildirirlər. Xüsusi təyinatlıların müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.