Qalibaf: Trampın verdiyi bəyanatların heç biri doğru deyil
Dünya
261
10:30, Bu gün

Qalibaf: Trampın verdiyi bəyanatların heç biri doğru deyil

ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqlar prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır.

Moderator.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf "X" hesabında yazıb.

"Amerika Prezidenti bir saat ərzində 7 bəyanat verib və onların heç biri doğru deyil", - Qalibaf yazıb.

O, həmçinin vurğulayıb ki, Vaşinqton danışıqlar prosesində Tehranın bütün tələblərini yerinə yetirməsinə nail ola bilməyəcək:

“ABŞ Fars körfəzindəki İran limanlarının blokadasından imtina etməyəcəyi təqdirdə İranın Hörmüz boğazını yenidən bağlamağa hazırdır”

Qeyd edək ki, D.Tramp "Truth Social" sosial şəbəkəsində İranın nüvə proqramını ləğv etməyə razılaşdığını və zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a təhvil verməyə hazır olduğunu iddia edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər