Neymar azarkeşlərlə sözlü mübahisə etdi
Dünya
272
15 Apr 2026 | 23:55

Neymar azarkeşlərlə sözlü mübahisə etdi

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar Rekoleta komandası ilə keçirilən Cənubi Amerika Kuboku matçından (1:1) sonra tribunadakı azarkeşlə sözlü mübahisə edib.

Moderator.az ESPN portalına istinadən xəbər verir ki, forvard görüşün nəticəsindən narazı qalan azarkeşlərin fit sədaları altında paltardəyişmə otağına yollanıb.

Neymar əvvəlcə qışqırıqlara jestlə cavab verərək insanlardan daha sakit olmağı xahiş edib. Daha sonra yan xətdə müxbirə müsahibə verib, ardından yenidən fanatlarla sözlü mübahisəyə başlayıb. O, növbəti təhqiramiz ifadələrə cavab olaraq azarkeşlərdən birinə "çox kökəldiyini" bildirib.

Sonradan futbolçu izah edib ki, VIP sektordan ona qarşı edilən şəxsi hücumlar onu qəzəbləndirib və azarkeşə onun danışdığı tərzdə cavab verib.

"Sənə daha çox məşq etmək lazım idi. Sən kökəlirsən! Mən ərköyünəm? Mən var gücümü qoyuram. Sənə isə sadəcə bir dəqiqəlik şöhrət hədiyyə etmək istəyirəm", - deyə Neymar bildirib.

Link kopyalandı!
Son xəbərlər