ABŞ geri çəkilmir - Dəniz blokadası tam gücü ilə davam edir
Dünya
281
15 Apr 2026 | 23:54

ABŞ geri çəkilmir - Dəniz blokadası tam gücü ilə davam edir

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının nə vaxt başa çatacağı ilə bağlı konkret müddət açıqlamaqdan imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə o, jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"ABŞ prezidentinin adından konkret müddət deməyəcəyəm. Lakin blokada tam həcmdə tətbiq olunur və İran limanlarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil edilir", - deyə Kerolayn Livitt qeyd edib.

Onun sözlərinə görə, blokada Fars körfəzi və Oman körfəzində yerləşən bütün İran limanlarını əhatə edir. ABŞ hərbi qüvvələri isə İran limanlarına aid olmayan istiqamətlər üzrə hərəkət edən gəmilər üçün naviqasiya azadlığını təmin edir.

Kerolayn Livitt əlavə edib ki, Vaşinqton gəmiçilik azadlığını dəstəkləyir, lakin İran iqtisadiyyatına fayda verən tanker və digər gəmilərə bu yanaşma tətbiq olunmur.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı aprelin 13-dən etibarən İran limanlarına yönələn və ya oradan çıxan gəmilərin hərəkətini məhdudlaşdıran dəniz blokadasına başladığını bildirmişdi.

Link kopyalandı!
Son xəbərlər