02:33
11°C
Bakı
"Bunun necə bitəcəyini və ya hətta necə irəliləyəcəyini demək üçün hələ tezdir. Müharibənin yenidən başlama ehtimalını nəzərə alaraq, istənilən ssenariyə hazırıq".
Moderator.az xəbər verir ki, "Times of İsrael" qəzetinin məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İranla davam edən münaqişə haqda danışarkən deyib.
"ABŞ ilə məqsədlərimiz üst-üstə düşür. Biz İranın zənginləşdirilmiş materiallarının çıxarılmasını və İran daxilində zənginləşdirmə qabiliyyətinin ləğv edilməsini istəyirik. Əlbəttə ki, boğazların da yenidən açılmasını istəyirik”, - Netanyahu əlavə edib.