Britaniya Ukraynaya 1 milyard dollar ayırıb
Dünya
184
15 Apr 2026 | 23:25

Britaniya Ukraynaya 1 milyard dollar ayırıb

Ukrayna G7-nin "Extraordinary Revenue Acceleration for Ukraine" (ERA) təşəbbüsü çərçivəsində Böyük Britaniyadan 752 milyon funt sterlinq (təxminən 1 milyard ABŞ dolları - Qeyd) həcmində sonuncu tranşı alıb.

Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.

"Təqdim edilən maliyyələşmə təhlükəsizlik və müdafiə sektorunun prioritet ehtiyaclarının təmin edilməsinə yönəldiləcək", – qurumun rəhbəri Sergey Marçenko vurğulayıb.

Xatırladaq ki, 2025-ci il martın 1-də Marçenko və Böyük Britaniyanın Xəzinədarlıq kansleri Reyçel Rivz Ukraynaya müdafiə ehtiyacları üçün 2,26 molyard funt sterlinq (təxminən 3 milyard ABŞ dolları - Qeyd) verilməsi haqqında saziş imzalayıblar.

Ukrayna ümumi həcmi 1,5 milyard funt olan ilk iki tranşı 2025-ci ilin mart və aprel aylarında alıb. Vəsaitlər G7 ölkələrinin ümumi həcmi $50 milyard olan ERA mexanizminin bir hissəsidir. Kredit dondurulmuş Rusiya aktivlərindən əldə edilən gələcək gəlirlər hesabına ödənilir. Maliyyələşmə 30 il müddətinə təqdim edilir.

Link kopyalandı!
Son xəbərlər