02:12
11°C
Bakı
Norveç Ukrayna Silahlı Qüvvələrinə (UHQ) dronların verilməsi üçün 500 milyon dollardan çox, Ukrayna logistikasının dəstəklənməsi üçün isə 150 milyon dollar ayıracaq.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, Niderland da Ukrayna Silahlı Qüvvələrinə dronlar üçün 200 milyon avrodan çox vəsait ayırıb.
Zelenski əlavə edib ki, Kiyevə silah tədarükü ilə bağlı Ramşteyn əlaqə qrupunun iclasından sonra daha beş ölkə PURL proqramına (Ukraynaya çatdırılmaq üçün NATO vəsaiti ilə Amerika silahlarının alınması) töhfə verməyə razılaşıb.