BMT İrana 12 milyon dollar ayırır
Dünya
253
15 Apr 2026 | 23:07

BMT İrana 12 milyon dollar ayırır

Birləşmiş Millətlər Təşkilatı (BMT) İrana humanitar yardım üçün 12 milyon dollar ayırır.

Moderator.az xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer sosial media hesabında məlumat verib.

O, İsrail və ABŞ-ın müharibə zamanı vurduğu ziyana toxunaraq bildirib: "Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağılıb. Kritik xidmətlər pozulub. Bu maliyyələşdirmə tərəfdaşlarımıza genişmiqyaslı və həyati əhəmiyyətli yardım göstərməyə kömək edəcək".

Link kopyalandı!
Son xəbərlər