02:04
10°C
Bakı
ABŞ Konqresindəki demokratlar 15 apreldə Pentaqon rəhbəri Pit Heqsetə qarşı altı maddə üzrə impiçment elan etmək niyyətindədirlər.
Moderator.az xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Nümayəndələr Palatasındakı demokratlar Heqseti ABŞ qoşunlarını təhlükəyə ataraq İrana qarşı qanunsuz müharibəyə başlamaqda, mülki şəxslərə hücumlarla bağlı qanunları pozmaqda, həssas məlumatlara səhlənkar yanaşmaqda, Konqresin nəzarətinə mane olmaqda, səlahiyyətlərindən sui-istifadə etməkdə, hərbi gücdən istifadəni siyasiləşdirməkdə və ABŞ-ın və onun silahlı qüvvələrinin nüfuzuna xələl gətirən hərəkətlərdə ittiham edirlər.