Futbol hakimi oyun zamanı güllələndi
Dünya
538
15 Apr 2026 | 22:27

Futbol hakimi oyun zamanı güllələndi

Futbol hakimi Xavyer Orteqa Ekvadorda həvəskar komandaların matçı zamanı güllələnib.

Moderator.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, bir neçə silahlı şəxs oyun zamanı hakimə yaxınlaşaraq atəş açıb. Hücumdan sonra cinayətkarlar hadisə yerindən qaçıblar. 48 yaşlı Orteqa meydanda ölüb.

Matç dərhal dayandırılıb, oyunçular və azarkeşlər ərazini tərk ediblər. Qeyd olunur ki, yarışın təşkilatçıları baş vermiş hadisənin bütün halları aydınlaşana qədər matçların keçirilməsini dayandırıblar.

Link kopyalandı!
Son xəbərlər