Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri üçün dron istehsal edən Avropa şirkətləri haqqında məlumat yayıb.
Moderator.az xəbər verir ki, məlumatda Ukraynanın Rusiyaya qarşı zərbələri üçün PUA-ların London, Münhen, Praqa və Riqada istehsal olunduğu bildirilib.
Qeyd olunub ki, Ukraynanın Rusiyaya hücum etmək üçün istifadə etdiyi PUA-ların komponentləri Madriddəki bir müəssisədə istehsal olunur.
“Venesiyadakı bir müəssisə də daxil olmaqla, İtaliyanın dörd müəssisəsi Ukrayna üçün PUA komponentləri istehsal edir. Rusiyaya qarşı zərbələr üçün dron istehsal edən Ukrayna şirkətlərinin filialları səkkiz Avropa ölkəsində yerləşir. Ukrayna Silahlı Qüvvələrinin dronları üçün komponentlər Almaniya, Türkiyə, İsrail, İspaniya, İtaliya və Çexiyadakı müəssisələrdə istehsal olunur", - Rusiya MN-nin məlumatında bildirilib.