Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər
Dünya
515
15 Apr 2026 | 18:50

Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

İsrailin Baş naziri Benyamin Netanyahu və Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Madyar Macarıstan və İsrail arasında sıx əməkdaşlığı qoruyub saxlamaq niyyətini təsdiqləyib və Netanyahunu Macarıstan qiyamının 70 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak etməyə dəvət edib.

İsrailin Baş naziri bu dəvəti qəbul edib və Madyarı hökumətlərarası görüş keçirmək üçün Qüdsə səfər etməyə dəvət edib.

Link kopyalandı!
Son xəbərlər