02:37
11°C
Bakı
İsrail İranın Livanda bu gecə atəşkəsin qüvvəyə minəcəyi ilə bağlı iddiasını rədd edib.
Moderator.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrailin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
“Livanda atəşkəs yoxdur”, – rəsmi bildirib.
“Hizbullahın zərərsizləşdirilməsi həm Livan, həm də İsrailin qarşılıqlı marağındadır”, - o vurğulayıb.
Digər yüksək vəzifəli İsrail mənbəsi yerli mediaya açıqlamasında qeyd edib ki, İsrailə bu cür atəşkəs tələbi daxil olmayıb.