02:39
11°C
Bakı
Böyük Britaniyanın Baş naziri Keir Starmer İranla müharibəyə qoşulmaq üçün ABŞ prezidentinin təzyiqlərinə boyun əyməyəcəyini bildirib.
Moderator.az xəbər verir ki, Baş nazir bu açıqlamanı Donald Trampın ABŞ-ın Britaniyadan kömək istədiyi zaman onların yanında olmaması haqda sözlərinə cavab olaraq parlamentdə çıxışı zamanı səsləndirib.
“Mən fikrimi dəyişməyəcəyəm, təzyiqlərə boyun əyməyəcəyəm. Bu müharibəyə qoşulmaq milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik”, - Baş nazir vurğulayıb.