02:39
11°C
Bakı
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə NATO-nu tənqid edib.
Moderator.az xəbər verir ki, Tramp “Fox Business” telekanalına müsahibəsində İranla müharibədə ABŞ-yə dəstək verməyən ölkələrin bunun nəticələri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
“Əgər onlar bizimlə olmayacaqlarsa, niyə biz hər il NATO-ya milyardlarla dollar xərcləyirik? Əgər onlar İran məsələsində bizimlə deyillərsə, deməli İranla müqayisədə daha böyük məsələdə də bizimlə olmayacaqlar”, - ABŞ lideri qeyd edib.