Hörmüz boğazından növbəti İran gəmisi keçib.
Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İran mediasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, gəmi ABŞ tərəfindən təhdidlərə baxmayaraq keçib.
Bu gün Tramp "Truth" sosial şəbəkəsində Çinlə münasibətləri qorumaq üçün Hörmüz boğazını həmişəlik açdığını elan edib. Lakin bu qərarın faktiki təsdiqi təqdim edilməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ aprelin 13-də Şərq yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarını bloklamağa başlayıb.