Starmer: Trampın təzyiqinə baxmayaraq, İranla müharibədə iştirak etməyəcəyik
Dünya
565
15 Apr 2026 | 17:40

Starmer: Trampın təzyiqinə baxmayaraq, İranla müharibədə iştirak etməyəcəyik

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın tənqidinə baxmayaraq, İranla müharibəyə qoşulmaq niyyətində deyil.

Moderator.az "Sky News"a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın Baş naziri Kir Starmer parlamentin İcmalar Palatasında çıxışı zamanı bildirib.

"Bu, bizim müharibəmiz deyil və kursumu dəyişdirmək üçün mənə böyük təzyiq göstərildi. Mən fikrimi dəyişdirmək və güzəştə getmək niyyətində deyiləm. Bu müharibəyə qoşulmaq bizim milli maraqlarımıza cavab vermir və biz bunu etməyəcəyik", - hökumət başçısı deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ ilə Böyük Britaniya arasındakı "xüsusi münasibətlər"in çətin dövrdən keçdiyini bəyan etmişdi.

Link kopyalandı!
Son xəbərlər