Tramp Hörmüz boğazının onun şərəfinə adlandırılmamasından təəssüflənib
Dünya
566
15 Apr 2026 | 17:36

Tramp Hörmüz boğazının onun şərəfinə adlandırılmamasından təəssüflənib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının onun şərəfinə adlandırılmamasından təəssüflənib.

Moderator.az xəbər verir ki, Tramp “Fox Business”ə müsahibəsində Hörmüz boğazının “Tramp boğazı” adlandırılmayacağını, çünki bu fikrin dəstəklənmədiyini təəssüflə bildirib.

“Siz onu Hörmüz boğazı və ya Hörmüzün boğazı adlandıra bilərsiniz. Soruşdum ki, hansı daha yaxşıdır? Mənə cavab verdilər ki, hər ikisi uyğundur. Amma bu boğaza verə bilməyəcəyiniz yeganə ad “Tramp boğazı”dır. Onlar bunu xoşlamırlar. Lakin mən insanların xoşladığı bir şey etmişəm. O da bu idi ki, mən Meksika körfəzini aldım və onun adını Amerika körfəzi olaraq dəyişdirdim”, - Tramp deyib.

Link kopyalandı!
Son xəbərlər