Dünya
487
15 Apr 2026 | 17:29

"Hizbullah" İsrailin şimal bölgələrinə zərbələr endirdi

"Hizbullah" qruplaşmasının silahlıları İsrailin Yuxarı və Qərbi Qalileyadakı yaşayış məntəqələrini intensiv raket və minaatanlarla mərmi atəşinə tutublar.

Moderator.az xəbər verir ki, bu barədə "Al-Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Kiryat-Şmona, Metula və Nahariya şəhərləri, həmçinin Doviv, Kfar-Vradim, Misqav-Am, Mitsuva, Şavey-Sion, Şlomi və Yaara qəsəbələri hədəfə alınıb. Buraxılan raketlərin böyük qismi "Dəmir qübbə" raketdən müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib, bəziləri isə insan itkisi və dağıntı yaratmadan boş ərazilərə düşüb.

Link kopyalandı!
Son xəbərlər