Ərdoğandan İrana SƏRT MESAJ:
Dünya
2460
04 Mar 2026 | 16:47

Ərdoğandan İrana SƏRT MESAJ: "Cavab verəcəyik!"

"Türkiyə İrandan atılan raketin vurulmasından sonra istənilən düşmənçilik hərəkətinə cavab verəcək".

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ölkəsi NATO ilə məsləhətləşmələri davam etdirəcək.

Xatırladaq ki, Türkiyənin hava məkanına yönələn ballistik raket vurulub. Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərinə görə, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. İtki yoxdur.

Qeyd olunub ki, Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər