Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib
Dünya
1879
20 Nov 2023 | 09:36

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
 
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Sakit okeanın Aomori əyalətinin Hachinohe sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
 

Yerli vaxtla saat 06.01-də 50 kilometr dərinlikdə baş verdiyi bildirilən zəlzələdən sonra bölgədə "nəhəng dalğa" xəbərdarlığı edilməyib.

Zəlzələnin yaxınlıqdakı İvate və Hokkaydo bölgələrində də hiss olunduğu bildirilib.

Bildirilib ki, Aomori adasının Şimokita yarımadasında yerləşən Hiqaşidori Atom Elektrik Stansiyasında hər hansı anormallıq aşkar edilməyib.

 

Link kopyalandı!
Son xəbərlər