Türkiyədə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNDU
221
23 Apr 2026 | 08:25

Türkiyədə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNDU

Türkiyədə 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən yeni qanun layihəsi təsdiqlənib.

TBMM-nin plenar iclasında qəbul edilən sənəd uşaqların rəqəmsal platformalarda qorunmasını hədəfləyir. Yeni tənzimləmə ilə sosial media istifadəsinə yaş məhdudiyyəti gətirilir.

Qəbul olunmuş dəyişikliklərə əsasən, 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına çıxışı məhdudlaşdırılacaq. Bundan əlavə, platformalar yaşın təsdiqi mexanizmlərini gücləndirməyə məcbur ediləcək, nəzarət və monitorinq tədbirləri artırılacaq. 

Qanunun qəbul edilməsinin  əsas məqsədləri aşağıdakılardır:

- Uşaqların rəqəmsal risklərdən qorunması 

- Kiberzorakılığın azaldılması 

- Sosial media asılılığının qarşısının alınmasıdır 

Xatırladaq ki, Kahramanmaraş və Şanlıurfada baş verən məktəb hücumlarından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediaya nəzarətin zəruriliyi ilə bağlı açıqlamalar vermişdi.

Bizim.Media 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər