Aİ Gürcüstanı sanksiyalarla hədələyib
Dünya
4293
05 Feb 2023 | 19:42

Aİ Gürcüstanı sanksiyalarla hədələyib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano Gürcüstanı sanksiyalarla hədələyib.

Peter Stano deyib ki, Gürcüstan Rusiyaya münasibətdə Avropa İttifaqının aviaəlaqələrlə bağlı tətbiq etdiyi sanksiyalara riayət etməlidir.

Peter Stano bildirib ki, Avropa İttifaqının sanksiya rejimi anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə görə sanksiyaları da nəzərdə tutur: “Avropa İttifaqı Gürcüstan və Rusiya arasında birbaşa aviaəlaqələrin mümkün bərpası barədə aparılan müzakirələrdən xəbərdardır".

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci il avqustun 26-da Moskvanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə dayanıb. Ölkələr arasında qarşılıqlı əlaqə Cenevrə müzakirələri vasitəsilə həyata keçirilir. Rusiya isə 2019-cu ildə Tbilisidə rusiyalı deputatların səfərinə qarşı aksiyalarla bağlı Gürcüstanla aviaəlaqələri dayandırıb.

Link kopyalandı!
Son xəbərlər