Çində Yer kürəsinin ən böyük qızıl yatağı aşkar edilib
Ekskluziv
2301
30 Nov 2024 | 00:41

Çində Yer kürəsinin ən böyük qızıl yatağı aşkar edilib

"Bu yataq Çinə təxminən 600 milyard yuan və ya 83 milyard dollar vəsait gətirəcək..."
 
Çində ölkənin artıq mövcud olan qızıl mədənlərinin yanında yerləşən "ifrat nəhəng" və yüksək keyfiyyətli qızıl yatağı aşkar edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "LiveScience" nəşri yazıb. Məlumatı "focus.ua" nəşri yayıb.
 
Hunan əyaləti Geoloji Bürosunun əməkdaşları bəyan edib ki, əyalətin şimal-şərqində Vanqu qızıl yatağında yeni qızıl yatağı aşkar edilib. Çin fəhlələri 2 min metr dərinliyində təxminən 300 ton qızıl olan 40-dan artıq qızıl yatağı aşkar edib.
 
3D modeli göstərib ki, 3 min metrədək dərinlikdə daha min ton qızıl yatağı ola bilər, bu da Nyu-Yorkdakı Azadlıq Heykəlindən təxminən 8 dəfə ağırdır.
 
Əgər ilkin təhlil təsdiq edilərsə, bu yataq Çinə təxminən 600 milyard yuan və ya 83 milyard dollar vəsait gətirəcək.
 
Çin məmurlarının məlumatına görə, kəşf edilən yatağın maksimal keyfiyyəti filizin hər bir tonunda 138 qram qızıl təşkil edir. Belə göstəricilər dünyadakı digər yataqlara nisbətən kifayət qədər yüksəkdir.
Qazıntılar zamanı "periferiya zonalarında" yeni sahədə daha çox miqdarda qızıl tapılıb. Bu, gələcəkdə bu sahədə daha böyük yataqların aşkar edilə biləcəyini güman etməyə imkan verir. 
 
2022-ci il üçün olan məlumata görə, planetdə ən böyük tanınmış qızıl ehtiyatları Cənubi Afrikanın "South Deep" qızıl mədənində yerləşir. "Mining Technology" şirkətinin məlumatıma görə, orada təxminən 930 ton qızıl var. Bu, onu göstərir ki, yeni yataq Yer kürəsində ən böyük yataq olacaq.
 
Belə xəzinənin kəşfi barədə xəbərlər dağ-mədən sahəsində və bütövlükdə dünya iqtisadiyatında rezonans yaradıb. Belə ki, qızılın qiyməti bir kq görə 95 240 dollaradək qalxıb.
 
Bu zaman Çin artıq dünyada qızılın ən böyük istehsalçılarındandır, dünya istehsalının təxminən 10 faizi Çinin payına düşür. Lakin artıq indidən ölkədə istifadə edilən qızıl çıxarılan qızıldan xeyli çoxdur. Ona görə də Çin xeyli dərəcədə qiymətli metalın Avstraliya və Cənubi Afrika idxalından asılıdır.
 
Kəşf edilən nəhəng qızıl yatağı Çinin vəziyyətini bir qədər yaxşılaşdıra bilər, amma bu problemi həll etməyəcək. Ölkədə cari istehlak templəri Çinin tələbatının yalnız 1, 4 il üçün təmin edə bilər.
Link kopyalandı!
Son xəbərlər