Dünya
1775
29 Nov 2024 | 22:37

"NATO, sənə necə inanmaq olar ki?.." - "Milliyet"

"ABŞ terrorçu təşkilatlara açıq şəkildə dəstək verir, NATO isə, sadəcə, bunu müşahidə edir..."
 
NATO Türkiyəyə terrorçuluqla mübarizədə dəstək göstərdiyini bəyan edir, lakin əslində vəziyyət başqadır.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri yazıb.
 
ABŞ Türkiyənin təhlükəsizliyini təhdid edən PKK terrorçularına silah və məsləhətlər verir  və terrorçulara praktiki olaraq onun sərhəddindəki rayonu işğal etməyə kömək edir.
 
NATO baş katibi Mark Rüttenin TUSAŞ müəssisəsinə səfəri onun həm Türkiyənin müdafiə sənayesi sahəsində nail olduğu mərhələ ilə şəxsən tanış olması, həm də 2024-cü ilin oktyabr ayında şirkətin mənzil-qərargahında baş vermiş terror aktına münasibəti nöqteyi-nəzərindən vacibdir.
 
Rüttenin oraya gəlişi belə bir siqnal deməkdir: "Biz, NATO olaraq müttəfiqimiz Türkiyənin tərəfindəyik". Bu zaman Rütte, birincisi, PKK terrorçu təşkilatın xaincəsinə törətdiyi terror aktını ilk dəfə pisləyənlərdən olub və bəyan edib: "NATO öz müttəfiqi Türkiyənin yanındadır". Lakin bu sözlər yeni deyil və əslində keçmiş oxşar bəyanatlar kimi bizə yaxşı tanışdır.
 
Məsələn, sabiq baş katib Stoltenberq Rusiya ilə gərginlik indiki kimi pik həddində olanda və İsveç və Finlandiyanın NATO üzvlüyü müzakirə ediləndə qeyd edib ki, Türkiyə terrorçulara dəstəklə bağlı haqlı narahatlıq keçirir və deyib: " Biz etiraf etməliyik ki, NATO-nun müttəfiqlərindən heç kim Türkiyə qədər terrorçuluqdan əzab çəkməyib".
 
Stoltenberq NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə Alyansın mənzil-qərargahında görün nə deyib: "Türkiyənin PKK terrorçu təşkilatı ilə bağlı narahatlığı qanunidir. PKK NATO üzrə müttəfiqlər, Avropa İttifaqı, habelə Finlandiya və İsveç tərəfindən terrorçu təşkilat kimi tanınıb. Biz əyləşib Türkiyənin narahatlıqlarını müzakirə etməliyik..."
 
Bunu eşidən və ya oxuyan adam nə düşünəcək və ya nə deyəcək? Əhsən sizə, onlar terrorçuluqla mübarizədə necə də yekdildir, necə də qətiyyətlə Türkiyəyə dəstək verir...
 
Bəs əslində vəziyyət necədir?
 
NATO müdafiə Alyansıdır. Onun fəaliyyətinin başlıca sahələrindən biri terrorçuluqla mübarizədir. NATO-nun başlıca prinsipləri regional və qlobal sabitlik və təhlükəsizlik naminə bütün növ terrorçu təşkilatlarla mübarizə tələb edir. Bu məsələdə əməkdaşlıq və həmrəyliyin zəruriliyi qeyd edilir. Bu, NATO ənənələrində, əsas sənədlərində və fəaliyyət prinsiplərində olanlardır. Həm sabiq, həm də indiki baş katib belə bəyanatlar verir.
 
Lakin NATO-nun bu funksiyasından necə və nə zaman istifadə etdiyinə nəzər salsaq, gerçəklik göz önünə gəlir. İndiyədək bu, yalnız bir dəfə, 11 sentyabr terror aktlarından sonra NATO-nun şefi ABŞ üçün edilib. Sonradan isə o, belə prinsiplə hərəkət edib: "Qoy hər kəs özünün qayğısına qalsın".  Üstəlik, NATO-nun bəzi ölkələri, xüsusilə ABŞ tərəfindən, əksinə, söhbət terrorçu təşkilatlara açıq şəkildə dəstək verilməsindən gedir.
 
ABŞ NATO üzrə müttəfiqi Türkiyəyə təhlükə törədən PKK/YPG/PYD  kimi terror təşkilalarına silah və texnika verir, habelə məsləhət xidmətləri göstərir. O, terrorçulara praktiki olaraq Türkiyə sərhəddində rayonu işğal etməyə kömək edir. Türkiyənin buna heç vaxt imkan verməyəcəyini bilməsinə rəğmən, inadla bu məsələdə öz ağılsızlığını göstərir. Amerika generalları bu təşkilatların üzvləri ilə birgə şəkil çəkdirməkdən belə utanmır. NATO isə bunu, sadəcə, müşahidə edir.
 
Bir sözlə, NATO baş katibləri bütövlükdə gözəl sözlər danışır, lakin bunlar qulağa xoş gələn boş söz olaraq qalır. Onlar terrorçuluqla mübarizədə səmimi olsaydılar, nağıl danışmaqdan əl çəkib Türkiyəyə həqiqi dəstək verərdilər.
 
İlk növbədə ABŞ kimi terror aktlarını Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin təsir dairəsinə salmaq gərəkdir. İkili oyun aparmaqdan yan keçib terror aktları ilə bağlı "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" prinsipi tətbiq edilməlidir. 
 
Rütte Ankaradakı təmaslarda deyib: "Getdikcə daha proqnozlaşdırılmayan dünyada Türkiyə bizim cənub cinahımızda çəkindirməni gücləndirməklə Alyansa ölçüyəgəlməz tövhə verir. Türkiyə kəmiyyətcə NATO-nun ikinci ordusudur, heyrət doğuran müdafiə sənayesinə malikdir, artıq 70 ildən çoxdur ki, güclü və qətiyyətli müttəfiqdir".
 
Baş katibə deyəcəyimiz bircə şöz qalır: "Biz həmişə buradayıq, bəs siz necə?.."
 
Müəllif: Tunca Bengin
Link kopyalandı!
Son xəbərlər