Suriya müxalifəti Əsəd qoşunlarına qarşı hücuma başlayıb
Ekskluziv
1995
29 Nov 2024 | 17:12

Suriya müxalifəti Əsəd qoşunlarına qarşı hücuma başlayıb

 
"Hələb şəhəri qismən ələ keçirilib, Rusiya öz qoşunlarını geriyə çəkib, Bəşər Əsəd təcili Moskvaya uçub..."
 
Suriyada silahlı müxalifətin Hələb əyalətində Bəşər Əsəd ordusunun mövqelərinə genişmiqyaslı hücumu başlayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Suriyanın L24 media təşkilatı və CNN telekanalı məlumat yayıb.
 
Məlumatda deyilir ki, Suriyanın inqilabi qüvvələri Əsəd rejiminin aylarla mülki rayonlara fasiləsiz hücumlarından sonra döyüş əməliyyatlarına başlayıb.
 
Cümə günü, noyabrın 29-da Suriyanın son zamanlar ölkənin şimalında hücumlarını inkişaf etdirən islamçı "Həyat Təhrir əş-Şam" qruplaşmasının yaraqlıları Suriyanın ikinci böyük Hələb şəhərini qismən ələ keçirməyə nail olub.
 
Şəhərin bir sıra qərb məhəllərinin onun nəzarətinə keçdiyi barədə məlumat verilir. Şəhər uğrunda döyüşlər noyabrın 28-də axşam başlayıb, son sutkalar ərzində əhali Hələb şəhərini tələm-tələsik tərk edir.
 
Suriya ordusu və onun müttəfiqləri olan "Hizbullah", SEPAH və Rusiya hərbçiləri üçün bu rayonda ağır vəziyyət yaranıb. Onların itkilərə məruz qaldığı deyilir. Bəzi məlumatlara görə, son günlər orada "Hizbullah" və SEPAH-ın 200-ə yaxın yaraqlısı və hərbi qulluqçusu həlak olub.
 
SEPAH-la bağlı olan Telegram-kanallar məlumat verib ki, Hələb şəhərində İran müşavirlərinin komandanı, briqada generalı Kyumars Purhəşimi döyüşlərdə həlak olub. Bu zaman İranın dövlət KİV-ləri yaraqlıların ağır itkilər verdiyi barədə məlumat yayıb.
 
"Həyat Təhrir əş-Şam" qruplaşmasının, Əsədə müxalif olan qüvvələrin hərbi uğurları fonunda Suriya Milli Ordusunun müxalif hərbiləşdirilmiş qüvvələri onlara qoşulub.
 
Hələb rayonunda yaraqlıların hücumu səbəbindən Rusiya öz qüvvələrin bu rayondan təxliyə etməyə məcbur olub. Suriya ordusu da geriyə çəkilir. Suriya prezidenti Bəşər Əsəd təcili olaraq Moskvaya uçub.
 
Hərbi əməliyyatlar komandanlığı bəyan edir ki, indiki hücum Əsəd rejimi, İranın üsyançı dəstələri və Livanın "Hizbullah" qruplaşması tərəfindən münaqişənin eskalasiyasının nəticəsidir.
 
Bu qüvvələr son zamanlar mülki rayonları artilleriya atəşinə məruz qoyub, raket və FPV-dronları ilə hücum edib, bu da ölümlər və yaralanmalara, habelə 70 mindən artıq insanın yerdəyişməsinə gətirib çıxarıb.
 
Bütün bunlar Suriyanın şimalında humanitar böhranı pisləşdirib. Həm də noyabrın 26-da Ariha şəhərində Əsəd rejimi qüvvələrinin internat-məktəbi artilleriya atəşinə tutması nəticəsində üç uşaq qətlə yetirilib, 14 dinc sakin yaralanıb, onların əksəriyyəti uşaqlardır, məlumatda deyilir.
 
Müxalif qüvvələrin bəyanatına görə, üsyançılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji Urm əl-Suqra və Əncər şəhərləri, habelə Suriya rejiminin Hələb şəhərinin qərbində ən böyük "46-cı baza"sını ələ keçirib, CNN yazıb. Hücum zamanı rejim təmsilçiləri və müttəfiq qüvvələrdən 37 nəfər həlak olub.
 
Əsəd rejimi qüvvələri də zərbələr endirir, onlara Rusiya aviasiyası dəstək verir, bu barədə "Anadolu" agentliyi məlumat verib. Müxalifət döyüşçüləri Rusiyadan ələ keçirilən qənimətlərinin foto və videosunu paylaşıb.
 
Bu arada isə Rusiya təyyarələri Əsəd rejiminin nəzarətindən çıxan əyalətin qərbindəki Orem əl-Suqra kəndinə zərbələr endirib. Bundan öncə rusiyalılar Atarib şəhərinin ətrafına zərbələr endirib. CNN-nin deməsinə görə, bu, Rusiya və Türkiyə arasında ölkədə atəşkəs barədə sazişin əldə edilməsində vasitəçi olduqları 2020-ci ilin mart ayından bəri ilk böyük toqquşmadır.
 
Suriya üsyançılarının hərbi-operativ komandanlığı CNN-ə məlumat verib ki, onun yaraqlıları Hələb şəhərindən 20 km aralıda yerləşən Urm əl-Kubra şəhərini azad edib. Suriya dövlət KİV-ləri toqquşmalar barədə məlumat verməyib, eyni zamanda bəzi hakimiyyətyönlü KİV-lər döyüşlər barədə xatırlatsalar da, onların yeri və ya nəticələrinin təfərrüatları barədə məlumat verməyib.
 
Xatırladaq ki, Suriyada hərbi münaqişə 2011-ci ildən davam edir. Müxtəlif zamanlarda hərbi əməliyyatlarda hökumət qoşunları, müxalif qüvvələr, radikal islamçılar, kürdlər, "İslam Dövləti" yaraqlıları, həmçinin Rusiya, ABŞ, İran və Türkiyənin silahlı qüvvələri iştirak edib. Bu müddət ərzində bir milyon insan qaçqına çevrilib.
Link kopyalandı!
Son xəbərlər