KXDR ərazisindən buraxılan naməlum obyekt ballistik raket olub.
Moderator.az xəbər verir ki, bu barədə “Daily Express” nəşri Yaponiya Sahil Mühafizəsinin məlumatlarına istinadən yazır. Nəşr xatırladır ki, BMT-nin qadağasına baxmayaraq, Şimali Koreya 2022-ci ildə dəfələrlə raket sınaqları həyata keçirib.
Şimali Koreya 2022-ci ildə artıq dördüncü naməlum raket buraxılışını həyata keçirib. “Daily Express” yazır ki, bu barədə Cənubi Koreyanın hərbi məlumatlarında da bildirilir. Ancaq Cənubi Koreya atılan silahın növü, eləcə də buraxılış yeri barədə məlumat verməyib. Lakin Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, buraxılan obyekt ballistik raket olub. Nəşr xatırladır ki, bu il Şimali Koreya raketlərinin əvvəlki buraxılışları ötən cümə günü, eləcə də yanvarın 5 və 11-də həyata keçirilib.
Britaniya nəşri xatırladır ki, BMT KXDR-ə ballistik raketlərin və nüvə silahlarının sınaqdan keçirilməsini qadağan edib, lakin Yaponiya və Cənubi Koreyanın hökumət orqanları 2022-ci il yanvarın 5-də bu qadağanın pozulduğunu düşünür. Ancaq rəsmi Pxenyan sınaqların keçirilməsi faktını təsdiqləməyib.
Nəşrin məlumatına görə, 2020-ci ilin mart ayında Şimali Koreya 147 ballistik raket sınağı həyata keçirib. İlk belə sınaq 1984-cü ildə baş tutub. Eyni zamanda sınaqların böyük payı Kim Çen Inın hakimiyyəti dövrünə düşür: belə ki, 2019-cu ilin dekabrına qədər 119 ballistik raket sınağı həyata keçirilib.
Miraslan