ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) tərəfindən aparılan bir araşdırma "Moderna" nın "Kovid-19" peyvəndinin əks təsirlərinin "Pfizer" və "BioNTech" in hazırladığı peyvənddən daha çox olduğunu ortaya qoyub.
Moderator.az xəbər verir ki, "JAMA" adlı onlayn jurnalda yayımlanan araşdırmada 14 dekabr və 28 fevral tarixləri arasında peyvənd vurulan şəxslərdə ortaya çıxan əks təsirlər nəzərdən keçirilib.
İlk dozadan sonra Moderna peyvəndi vurulanların 74 faizində əks təsirlər müşahidə edilərkən, Pfizer/BioNTech peyvəndi vurulan şəxslərdə bu nisbət 65,4 faiz olub.
İkinci dozadan sonra "Moderna" peyvəndi vurulanların 82 faizi, Pfizer/BioNTech peyvəndi vurulanların isə 68,6 faizində əks təsirlər olduğu müşahidə olunub.
Digər tərəfdən peyvənd vurulan şəxslərdə qolda ağrı və üşütmə kimi xəfif əlamətlərin olduğu müşahidə edilib.
Kamran