Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərinin
qalibi "Gürcü arzusu" partiyasının namizədi Georgi Marqvelaşvili tərəfdarları
qarşısında çıxış edib. O, onu qələbəyə apardığı üçün baş nazir İvanişviliyə təşəkkürünü
bildirib.
“Ötən ilki qələbəni
İvanişvili qazandırdı. Bidzinanın Gürcüstan xalqını birləşdirməsi bu günkü qələbəyə
yol açdı. Ölkəmiz üçün etdiklərinə görə “çox sağol” Bidzina!” deyirəm".
Maraqlıdır ki,
Marqvenaşvili “Gürcü arzusu” partiyasından irəli sürülsə də, heç bir siyasi
partiyanın üzvü deyil.
Saakaşvilinin
partiyasından olan namizəd - keçmiş parlament spikeri David Bakradze, ekzitpol
nəticələrindən sonra rəqibi Marqvelaşvilini təbrik edib və gələcəkdə prezident
və baş nazirlə işləməyə hazır olduğunu bildirib. Lakin ondan fərqli olaraq,
partiya lideri Mixail Saakaşvili səsvermədən sonra etdiyi telemüraciətdə ölkənin
geri düşəcəyini bildirib.
Maraqlıdır ki,
Marqvenaşvili buna qədər aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. 44 yaşlı yeni
prezident 1992-ci ildə Tiflis Dövlət Universitetinin fəlsəfə və psixologiya
fakültəsini bitirib. 2000-2006-cı və 2010-2012-ci illərdə Gürcüstan İctimai
Əlaqələr İnstitutunun rektoru vəzifəsində çalışıb. 2012-2013-cü illərdə isə təhsil
və elm naziri olub. Gürcüstanın yeni prezidenti subay olsa da, ilk nigahından
bir qızı var.