Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir.
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.
Belə ki, Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.