Milli Məclisin komitə iclası keçirilir
Cəmiyyət
121
11:10, Bu gün

Milli Məclisin komitə iclası keçirilir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üzrə növbəti iclası keçirilir.
 
Moderator.az xəbər verir ki, komitə iclasının bugünkü gündəliyinə iki məsələ daxil edilib.
 
Beləliklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) bugünkü komitə iclasında müzakirəyə çıxarılıb.
 
Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) deputatların və aidiyyəti üzrə qurumların təmsilçilərinin diqqətində olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər