Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?
Cəmiyyət
Oxunub: 1618
15 Jun 2024 | 11:10
Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?
Adətən yay aylarında tədris ilinin başa çatması ilə bağlı Bakının kirayə mənzil bazarında ucuzlaşma qeydə alınırdı. Lakin son illərdə bu tendensiya zəifləyib. Ekspertlər bu yay da ciddi ucuzlaşma proqnozlaşdırmırlar. 
 
Paytaxtın kirayə mənzil bazarında qiymətlər “əl yandırır”. Şəhərin mərkəzində birotaqlı mənzillərin qiyməti 600-800 manatdan başlayır. Elə ərazilər də var ki, orada ümumiyyətlə, kirayə götürmək üçün boş ev tapmaq qeyri-mümkündür. Amma tələbələrin yay tətilinin başlaması ucuz qiymətə kirayə mənzil axtaranları sevindirə bilər. Ekspertlərin fikrincə, tələbələrin tətilə yollanması bazarda qiymətlərlə bağlı dəyişikliyə səbəb olacaq. Bəs, görəsən, tələbələrin gedişi bazarda ciddi ucuzlaşmaya gətirib çıxaracaqmı? Hazırda paytaxtın daha çox hansı ərazilərində kirayə mənzillərə tələbat var? Mənzillər və bağ evləri aylıq neçəyə təklif olunur?
 
“Kirayə mənzil bazarının təklif portfeli azalıb”
 
“Azərbaycan Rieltorlar Assosiasiyası”nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, əslində son illərdə kirayə mənzil bazarının təklif portfeli xeyli azalıb. Bunun başlıca səbəbi Bakı şəhərində pilot layihələr üzrə söküntü işlərinin aparılmasıdır: “Ötən illərə qədər tələbələrin yay tətilinin başlaması kirayə mənzil bazarına daha ciddi təsir göstərirdi. Bazarda boş evlərin sayı artır, qiymətlər əvvəlki aylara nisbətdə xeyli ucuzlaşırdı. Amma Bakı şəhərində pilot layihələr üzrə söküntülərə başlandıqdan sonra vəziyyət tamamilə dəyişib. MTK-lar köhnə çoxmənzilli binalarda yaşayan sakinlərə yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər, yəni ortalama iki il müddətində kirayə pulu verirlər. Evləri plana düşən sakinlər kirayə üçün uzunmüddətli mənzillər götürürlər. Bu da bazarın təklif portfelinə istər-istəməz təsir göstərir. Bu baxımdan tələbələrin gedişi bazarda maksimum 15-20 faiz ucuzlaşmaya gətirib çıxara bilər”.
 
 
Tələbələr daha ehtiyatlı davranırlar 
 
Ekspertin sözlərinə görə, bazarda təklif portfelinin azalması tələbələri də bir qədər ehtiyatlı davranmağa vadar edib: “Müşahidələr göstərir ki, hansı tələbələr növbəti tədris ilində Bakıda qalacaqsa, onlar adətən kirayə yaşadıqları ev sahibi ilə razılığa gəlirlər. Məsələn, qiymətin yarısını ödəməklə yay aylarında da evi saxlayırlar. Nəticədə həmin evlər boş qalmır. Əvvəllər belə hallar olmurdu, tələbələrin çoxu evləri boşaldıb tətilə yollandığından qiymətlər düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə evlər boş qalmadığı üçün kirayə mənzil bazarında ciddi qiymət azalması müşahidə olunmur".
 
Bakıətrafı ərazilərdə bağ evlərinə tələbat artacaq
 
E.Azadov bu yay Bakıətrafı ərazilərdə yerləşən bağ evlərinə tələbatın yüksək olacağını da bildirib. Onun sözlərinə görə, Qəbələ və İsmayıllı istiqamətində yol təmiri bu zonalara getmək istəyənlərin sayını azaldacaq. Nəticədə Bakıətrafı ərazilərdə aktivlik müşahidə ediləcək: “Bu gün bazarda hər qiymətə bağ evləri mövcuddur. Qiymətlər tələbata uyğun tənzimlənir. Əslində pandemiya dövründə qapanmaya görə bağ evləri daha çox kirayə götürüldüyündən bir çox iş insanı bu sahəyə investisiya yatırmağa başladı. Bunun nəticəsində kirayə verilən bağ evlərinin sayı 25-30 faiz artdı. Eyni zamanda, bahalı evlərin sayı da çoxaldı. Amma bazarda təklif portfelinin artmasına baxmayaraq, qiymətlər ucuzlaşmadı. Çünki tələbat yüksəkdir. Təklif olunan bağın dənizə yaxınlığı, infrastrukturun yaxşılığı, hovuzun olması isə artıq üstünlük deməkdir. Hazırda bazardakı evlərin əksəriyyətinin aylıq kirayəsi 3 000-9 000 arasında dəyişir. Hətta elə evlər var ki, aylıq15 000-20 000 manata təklif olunur. Müştərilər Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi ərazilərə daha çox üstünlük verirlər”.
 
 
Ötən ay bazarda qiymət artımı qeydə alınıb
 
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ay kirayə bazarına təklif edilən mənzillərin sayı 944 ədəd olub: “Bu, aprel ayı ilə müqayisədə 0,11 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 7,64 faiz artım müşahidə olunub. Qiymətlərə gəlincə, ümumi mənzil hesabı ilə orta qiymət 853 manatdan artaraq 859 manat olub. Başqa sözlə, ay ərzində 0,7 faiz artım qeydə alınıb. İl ərzində isə 0,82 faiz artım baş verib. O cümlədən birotaqlı mənzillərdə ay ərzində 3,32 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,94 faiz azalma qeydə alınıb. İkiotaqlı mənzillərdə 4,53 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 10,14 faiz artım müşahidə olunub. Üçotaqlılarda ay ərzində 6,64 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,44 faiz artım baş verib. Dörd və daha çox otaqlılarda ay ərzində 6,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 2,02 faiz artım qeydə alınıb”.
 
Ekspertin fikrincə, tələbələrin gedişi kirayə mənzil bazarında qiymətlərə ciddi təsir göstərməyəcək. Onların əksəriyyəti mənzilləri boşaltmadığından bazarda maksimum 1-2 faiz ucuzlaşma qeydə alına bilər. N.İbrahimov iyunun sonundan başlayaraq kirayə mənzil bazarında qiymət artımının müşahidə olunacağını da qeyd edib.
 
 
“Yasamal, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır”
 
Rieltor Mülkədar Rüstəmov isə vurğulayıb ki, son iki ildə kirayə mənzil bazarında qiymətlər təxminən 20 faizə yaxın artıb. Onun sözlərinə görə, hətta elə ərazilər var ki, kirayə mənzil tapmaq müşkülə çevrilib. Ekspert qeyd edib ki, son vaxtlar yeni tikilən çoxmənzilli binalarda təklif edilən kirayə evlərə tələbat artıb: “Köhnə binalarda şərait yaxşı olmadığından kirayə mənzil götürmək istəyənlər daha çox yeni binalardakı təkliflərlə maraqlanırlar. 2000-ci ildən sonra tikilən, mərtəbə sayı az olan binalarda mənzil axtaranlar daha çoxdur. Hazırda Yasamal zonası, xüsusilə metronun “Elmlər Akademiyası” stansiyasının ətrafı, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır. Tələbat daha çox 2-3 otaqlı mənzillərədir. Qiymətlərə gəlincə, yerləşdiyi ərazidən asılı olaraq, hazırda birotaqlı mənzillərin aylıq kirayəsi 350-400, ikiotaqlı 500-650, üç otaqlılar isə 700 manatdan başlayır”.
 
M.Rüstəmov son illər çoxmənzilli binalarla yanaşı, bağ evlərində də kirayə qiymətində artımın müşahidə edildiyini bildirib: “Bağ evləri təxminən 10 faiz bahalaşıb. Bakıətrafı ərazilərdən daha çox Novxanı, Mərdəkan, Buzovna bağlarına tələbat var. Mərdəkan və Buzovna ilə müqayisədə Novxanıda qiymətlər nisbətən ucuzdur. Hazırda qiymətlər günlük 50-100 manat arası dəyişir. Amma elə ərazilər də var ki, günlük kirayə qiymətlər 150-200 manatdan başlayır”.
 
Sevinc Abbasova 
Oxşar xəbərlər
15:40, Bu gün
Bakıda "ölüm zonası": Burada yaşayanlar təhlükə qarşısındadırlar
15:35, Bu gün
"Rusiyalılar Krımda hərbi obyektləri məqsədyönlü şəkildə mülkilər arasında yerləşdirir" - ISW
15:30, Bu gün
Berlində Azərbaycan dili həftəsonu məktəbinin açılışı olub - FOTO
15:25, Bu gün
Cavanşir Feyziyev: "Oljas Süleymenov ümumtürk mədəniyyətinin dəyəridir” - FOTO
15:20, Bu gün
Polislərlə birgə öldürülən Mahirin FOTOSU
15:15, Bu gün
Kamilə Nəbiyeva nişanlandı
15:12, Bu gün
Vergitutma bazasının aşınması ilə bağlı Çoxtərəfli Konvensiya təsdiqləndi
15:10, Bu gün
Səbuhi Rəcəb gəlinini doğrayıb zibiliyə atan şəxsi necə aldadıb? - Şok detallar
15:07, Bu gün
Azərbaycanda qara və əlvan metalların ixracına görə gömrük rüsumları artırılacaq
15:05, Bu gün
“Ermənistan beynəlxalq miqyasda qaçaqmalçılıqla məşğuldur” – Millət vəkili
15:02, Bu gün
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR verildi
15:00, Bu gün
Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirildi - FOTO
14:57, Bu gün
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
14:53, Bu gün
Yaxın Şərqdə müharibə genişlənə bilər - TƏHLİL + FOTO
14:50, Bu gün
Həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirildi - FOTOLAR
14:48, Bu gün
AzTV-dən ayrılan Samirənin yeni biznesi - FOTO
14:44, Bu gün
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
14:40, Bu gün
Mikroavtobusun vurduğu velosipedçi öldü
14:35, Bu gün
Deputat: "Azərsu"nun sədri vəzifəsini icra edən şəxs işə məsuliyyətlə yanaşmalıdır" - FOTO
14:30, Bu gün
3 polisi öldürənin qonşuları danışdı - VİDEO
14:25, Bu gün
Basqın zamanı ölən və yaralanan şəxslər tanınmış jurnalistin qohumlarıdır - FOTO
14:20, Bu gün
Abbas Bağırov ilk dəfə xanımı və övladları ilə görüntüləndi - VİDEO
14:14, Bu gün
Bakıda 11 yaşlı uşaq qızlara əxlaqsız hərəkətlər etdi, bunu görən qonşusu... – ŞOK TƏFƏRRÜAT
14:08, Bu gün
Dağıstanda baş verən terror quru sərhədlərin açılmasına əngəl ola bilərmi? – Deputat açıqladı
14:03, Bu gün
Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir...”
14:00, Bu gün
"Müharibə tam dalana dirənib" - "Brexit" ideoloqu Putinlə danışıqlar aparmağı təklif edib
13:57, Bu gün
Delimitasiya çərçivəsində Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq
13:55, Bu gün
Ayağı zədəli halda imtahana gələn müəllimdən yüksək nəticə - FOTO
13:51, Bu gün
Xankəndi şəhərində ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalandı - FOTO
13:45, Bu gün
Azərbaycanda iki tanınmış həkim vəfat edib - FOTO
13:40, Bu gün
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib - YENİLƏNİB
13:35, Bu gün
Həlak olan polislərlə vida mərasimi keçirildi - VİDEO
13:30, Bu gün
Bu prospektlərdə hərəkət qismən məhdudlaşdırılır
13:25, Bu gün
BDU-da nanohissəciklərin bitkilərin morfofizioloji və biokimyəvi göstəricilərinə təsiri öyrənilir - FOTO
13:21, Bu gün
Bu gün müəllimlərin sertifikasiya imtahanı BAŞA ÇATIR
13:17, Bu gün
AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb
13:13, Bu gün
Ötən həftə azad olunan ərazilərdə 187 mina zərərsizləşdirilib
13:08, Bu gün
"COP29 beynəlxalq tədbirində uğurlu nəticələrin əldə olunacağına heç bir şübhə yoxdur"
13:04, Bu gün
Separatçıların istintaqı başa çatıb - İş məhkəməyə göndəriləcək
13:00, Bu gün
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
12:56, Bu gün
Baqramyanın karyerasına zərbə vuran general – Hitler onu Vermaxtın gözqamaşdıran güzgüsü adlandırıb
12:52, Bu gün
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatmasının vaxtı açıqlandı
12:48, Bu gün
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
12:44, Bu gün
Deputat: "Dövlət hesabına yeni iş yerləri açılacaq"
12:39, Bu gün
Polislərin qətlə yetirildiyi yerdən görüntülər - VİDEO
12:36, Bu gün
"Ekoloji problemlərin həlli üçün böyük maliyyə vəsaiti lazımdır" - Umayra Tağıyeva
12:32, Bu gün
Daşkəsəndə faciə - Balta ilə arvadını öldürdü
12:28, Bu gün
Prezidentin xüsusi nümayəndəsi: "Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb"
12:27, Bu gün
ƏHD Partiyası Şüvəlanda baş verən cinayətlə bağlı açıqlama yayıb
12:24, Bu gün
Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
12:20, Bu gün
Sevda Sanəliyeva hovuzdan görüntülərini paylaşdı - VİDEO
12:17, Bu gün
Bu gün 3 polisi qətlə yetirən Rövşənlə bağlı şok – Görün kimdir…
12:13, Bu gün
Xankəndi, Xocalı və Suqovuşana bu il köç olacaq
12:10, Bu gün
Həkim İlqar Ağamirov: “Yay aylarında dərinin nəmliyini, su balansını qorumaq üçün..."
12:06, Bu gün
Vaqif Əsədov oğluna toy etdi - VİDEO - FOTO
11:54, Bu gün
Türkiyəli diplomat: Paşinyan atəşlə oynayır
11:48, Bu gün
Bu maşınlara şəhadətnamələr yeni formada verilir
11:44, Bu gün
Məşhur cütlük bahalı villa aldı - FOTO
11:39, Bu gün
Bakıda 3 polisin öldürüldüyü yer - VİDEO
11:31, Bu gün
Şəmkirin keçmiş icra başçısına hökm oxundu: 11 il 6 ay
11:27, Bu gün
Dövlət qurumlarına qəbul prosesində yeni model tətbiq ediləcək
11:25, Bu gün
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib
11:20, Bu gün
Xarici universitetlərdən köçürülmək istəyən tələbələrə MÜRACİƏT
11:14, Bu gün
Bu gün qətlə yetirilən polislə bağlı təsirli fakt - Toyu olacaqdı
11:06, Bu gün
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
10:59, Bu gün
Azərbaycan ilk dəfə kiçik su elektrik stansiyasıları üçün karbon kreditləri alacaq
10:53, Bu gün
Aİ bütün "qapılarını" Gürcüstana bağlaya bilər
10:51, Bu gün
DİQQƏT! Bu tərəvəzlər orqanizm üçün zərərlidir
10:40, Bu gün
Hadrutdan VİDEOREPORTAJ
10:33, Bu gün
Əməliyyat zamanı qətlə yetirilən polislərin FOTOsu
10:29, Bu gün
Xankəndidə elmi-praktiki konfrans keçirilir - FOTO
10:21, Bu gün
Yaylaq mövsümündə KƏLBƏCƏR: Gözoxşayan görüntülər - VİDEO
10:16, Bu gün
Bu gün Xankəndi Şəhər Prokurorluğunun binası istifadəyə veriləcək
10:13, Bu gün
"Ərimin başqasıyla görüşməsi barədə mesaj gəldi"
10:10, Bu gün
5 evi olan Xocalı canisi və arvadı kredit “altında” qalıb...
10:09, Bu gün
Orqanizmi toksinlərdən təmizləyən sadə resept
09:57, Bu gün
Bakıda atışma - 3 polis öldürüldü
09:51, Bu gün
Ölüm riskini azaldan pəhriz - HƏKİM MƏSLƏHƏTİ
09:45, Bu gün
"Kontakt Home" yanğın təhlükəsizliyi qaydalarını pozdu
09:41, Bu gün
“Kristal Abşeron” yeraltı avtodayanacağın qiymətini kəskin artırdı
09:33, Bu gün
Şəxsi məlumatlarınız təhlükədə ola bilər -Diqqət
09:28, Bu gün
Heç vaxt evlənmək istəməyən 4 bürc
09:21, Bu gün
Tarixdə ilk: 71 yaşlı nənə gözəllik yarışmasında iştirak edəcək
09:16, Bu gün
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
09:00, Bu gün
Bu vasitə ilə tər qoxusundan birdəfəlik azad olun!
08:55, Bu gün
Azərbaycanda mal ətinin topdansatış qiyməti 5 manatdır –Rəsmi
08:45, Bu gün
Yayda idman edərkən bu 5 səhvi təkrarlamayın
08:40, Bu gün
Nuran Abdullayev forumda iştirak edən azərbaycanlı rektorlara təşəkkür edib
08:30, Bu gün
AVRO-2024: Bu gün B qrupunun oyunlarına yekun vurulacaq
08:25, Bu gün
"Öz gözümüzdə tiri görmürük...”- Roqozindən Dağıstandakı terrorda da Ukraynanın suçlanmasına etiraz...
08:22, Bu gün
Hovuz, yoxsa dəniz?- Yaşı 50-dən keçmiş  insanlara TƏHLÜKƏLİDİR
08:10, Bu gün
Dağıstandakı terror aktlarında 15-dən çox polis ölüb, üç günlük matəm elan olunub
08:00, Bu gün
Yaponiya vətəndaşlarına çağırış etdi: "RUSİYAYA SƏFƏR ETMƏYİN"
07:50, Bu gün
Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub
07:44, Bu gün
Telefonunuzun enerjisi tez bitir? - Bu funksiyanı deaktiv edin
07:35, Bu gün
Yay aylarında kondisionersiz sərinlənməyin 10 YOLU
07:20, Bu gün
DAVAM EDİR "37": müəllim "danos"la şərlənərək 20 il müddətinə zindana atıldı...+VİDEO
07:16, Bu gün
İran sünniləri prezident seçkisini boykot edirlər - FOTO/VİDEO
07:00, Bu gün
Yayda sağlam səhər yeməyi necə hazırlanır?
06:45, Bu gün
Dünyanın ən xoşbəxt şəhərləri açıqlandı –Siyahı
GÜNLÜK
23 Jun 2024 | 17:45
İnkişafda geriləmə, erkən yaşda xəstəliklər: Ölümü yaxınlaşdıran idxal
23 Jun 2024 | 19:43
Naxçıvandan sonra Kəlbəcər hədəfə alındı - Artan təxribatlar nədən xəbər verir?
23 Jun 2024 | 18:58
Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var (VİDEO)
23 Jun 2024 | 16:29
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
23 Jun 2024 | 17:04
Yeni virus dünyada sürətlə inkişaf edir – Səbəbi AÇIQLANDI
23 Jun 2024 | 16:34
Roza Zərgərli bu görüntüləri ilə gündəmi alt-üst etdi - FOTO
23 Jun 2024 | 16:58
Muradla Ülviyyə ayrıldı! – FOTO
23 Jun 2024 | 19:25
“Nyu-York Amerikanın İstanbuludur” - Rəna Abbasova və Amerikada rüşvət qalmaqalı
23 Jun 2024 | 19:13
İrəvanın altından keçən qədim Qırxbulaq çayı daşa bilər...-VİDEO
23 Jun 2024 | 16:50
Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
18 Jun 2024 | 10:30
"Azercell"dən Yardımlıya gedən deputata "sürpriz": “İrana xoş gəlmisiniz…”
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
17 Jun 2024 | 21:23
Mahsun Kırmızıgülün yeni serialı gəlir - Kimlər rol alacaq?
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
17 Jun 2024 | 20:52
Səni sevimmi, küsümmü, inciyimmi bilmirəm – BAŞLIBEL 
19 Jun 2024 | 12:08
“Bilsəm ki, Oqtay rəhmətə gedib, dəli olaram, dünyamı uçurub getdi”-FOTOLAR+ÖZƏL
18 Jun 2024 | 23:05
Qənirə Paşayevanın anası Zülfüqar Hüseynzadə haqqında: "Qızlarımın böyük qardaşı kimi xətrini əziz tutduğu..."
AYLIQ
23 Jun 2024 | 17:45
İnkişafda geriləmə, erkən yaşda xəstəliklər: Ölümü yaxınlaşdıran idxal
23 Jun 2024 | 19:43
Naxçıvandan sonra Kəlbəcər hədəfə alındı - Artan təxribatlar nədən xəbər verir?
23 Jun 2024 | 18:58
Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var (VİDEO)
23 Jun 2024 | 16:29
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
23 Jun 2024 | 17:04
Yeni virus dünyada sürətlə inkişaf edir – Səbəbi AÇIQLANDI
23 Jun 2024 | 16:34
Roza Zərgərli bu görüntüləri ilə gündəmi alt-üst etdi - FOTO
23 Jun 2024 | 16:58
Muradla Ülviyyə ayrıldı! – FOTO
23 Jun 2024 | 19:25
“Nyu-York Amerikanın İstanbuludur” - Rəna Abbasova və Amerikada rüşvət qalmaqalı
23 Jun 2024 | 19:13
İrəvanın altından keçən qədim Qırxbulaq çayı daşa bilər...-VİDEO
23 Jun 2024 | 16:50
Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib