“Azərbaycanlılar bu sahələrdə “sosialist qulları” kimi işlədilirdi...”- Tariximizə fərqli baxış
Elm və Təhsil
Oxunub: 3289
17 Jun 2024 | 13:11
“Azərbaycanlılar bu sahələrdə “sosialist qulları” kimi işlədilirdi...”- Tariximizə fərqli baxış
“Azərbaycanın guya XIX əsrin əvvəllərində Rusiyanın tərkibinə könüllü daxil olduğuna dair 
yanlış fikir formalaşdırılırdı...”
 
“Təhlükələrə baxmayaraq, Azərbaycanda gizli şəkildə müxtəlif milli təşkilatlar yaranır, fəaliyyət göstərirdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Şimali Azərbaycan İkinci Dünya müharibəsindən sonrakı dövrdə...- XXXXIV mövzu
 
Sovet imperiyası İkinci dünya müharibəsindən sonra daha da gücləndi, həmçinin nüvə silahına malik olan dövlətə çevrildi. Bu imperiyanın təsiri və yardımı ilə “sosialist düşərgəsi” deyilən yeni dünya sistemi yaradıldı. Müharibədə qələbədən sonra Stalinin totalitar rejimi, inzibati idarəetmə sistemi, xalqları əsarət altında saxlayan işğal üsul-idarəsi daha da gücləndi.
 
Bütün bu ağır şəraitə baxmayaraq, Azərbaycan xalqı sürətlə iqtisadiyyatını bərpa etməyə başladı, 10 il ərzində 108 yeni sənaye müəssisəsi tikildi [33]. Neft  sənayesinin bərpa edilməsi, qazma işlərinin genişləndirilməsi sahəsində böyük işlər görüldü. Yeni neft yataqları istifadəyə verildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft estakadaları quruldu, 1949-cu il noyabrın 7-də burada ilk neft qurğusu fontan vurdu [20, s.439]. “Neft daşları”nın tarixi belə başladı. Əsaslı tikinti sahəsində də böyük müvəffəqiyyətlər əldə edildi. Bakının 40 km-də, Sumqayıt qəsəbəsində yeni sənaye mərkəzi yaradıldı. 1945-ci ildə burada ilk kimya zavodu tikildi, bir neçə il sonra isə Boru prokatı zavodu, Sintetik kauçuk zavodu, Alüminium zavodu işə düşdü [42, s.346]. Sovet imperiyası bu cür mərkəzlər yaradarkən insanların sağlamlığını nəzərə almırdı. Nəticədə isə Sumqayıt bir neçə 10 ildən sonra ətraf mühitin çirklənməsi nəticəsində “ölü şəhərə” çevrildi. Elektrik enerjisinin istehsalına da xüsusi fikir verilir, yeni istilik və su-elektrik stansiyaları tikilirdi 1954-cü ildə Mingəçevirdə Cənubi Qafqazın ən böyük SES-i istifadəyə verildi. [43]. Dəmiryolu və su nəqliyyatında yükdaşınması artdı [35, s.110]. Müharibədən sonrakı 10 il ərzində sənaye məhsullarının həcmi 3 dəfə artdı [42, s.347].
 
Dünyanın Üçüncü sənaye inqilabı [31, s.81-90] dövründə iddialı Sovet imperiyası böyük dövlətlərin “sənaye yarışı”ndan kənarda qala bilməzdi. Ona görə bütün resurslarını səfərbər edərək sənayenin əksər sahələrini inkişaf etdirir və qeyri-ixtiyari olaraq Azərbaycanda da sənayenin inkişafına şərait yaradırdı. 
 
Kənd təsərrüfatında isə, ümumiyyətlə, müsbət tendensiyalardan danışmaq mümkün deyil. İmperiya rəhbərliyi Azərbaycanda pambıq və tütün sahələrinə xüsusi fikir verirdi. Azərbaycan üçün bu ağır əməyin tələb olunduğu sahələrin seçilməsi təsadüfi deyildi və azərbaycanlılar bu sahələrdə “sosialist qulları” kimi işlədilirdi. Məhz yüksək dərəcədə istismar olunan əməyin sayəsində müharibədən sonrakı 10 il ərzində Azərbaycanda pambıq istehsalı 5 dəfə, tütün istehsalı isə 2 dəfə artdı [42, s.347]. Həyati əhəmiyyət daşıyan taxılçılıq və heyvandarlığın inkişafı üçün isə şərait yaradılmadı. Bütövlükdə kəndlərdə vəziyyət ağır idi, kəndlilər cüzi əməkhaqqı müqabilində işləyir, yoxsulluq və səfalət içərisində yaşayırdı.
 
Sovet rəhbərliyi bu dövrdə sosial sahədə bir sıra yarımçıq tədbirlər həyata keçirdi. 1947-ci ilin sonlarında ərzaq və sənaye mallarına “kartoçka” sistemi (ərzaq və sənaye mallarının əhaliyə “kartoçka” və ya talonlarla verilməsini nəzərdə tutan dövlət bölgü sistemi, bu sistemlə əhalinin satın ala biləcəyi malların miqdarı müəyyən edilirdi) ləğv edildi [51]. Hökumət hər il gündəlik tələbat mallarının qiymətini endirirdi, lakin əhalinin alıcılıq qabiliyyəti aşağı olduğuna görə bu tədbirlər ciddi effekt vermirdi. 50-ci illərin ən vacib hadisəsi Bakıda daimi fəaliyyət göstərən televiziyanın (Sovet imperiyasında 30-40-cı illərdən məhdud çərçivədə televiziya verilişlərindən istifadə edilirdi, 1949-cu ildə daimi verilişlərin tətbiqinə başlandı) yaradılması oldu. 14 fevral 1956-cı ildə Azərbaycan televiziyası daimi verilişlərinə başladı [4].
 
Müharibədən sonrakı illərdə siyasi və ideoloji sahələrdə ciddi dəyişilkilər baş verdi. İkinci dünya müharibəsi və ondan sonrakı illərdə Sovet rejiminin repressiyaları davam edirdi. Müxtəlif adlar altında SSRİ-də, o cümlədən Azərbaycanda minlərlə insan həbs edildi, güllələndi, müxtəlif cəzalara məhkum edildi. Ölkənin rəhbəri M.C.Bağırov tərəfindən milli düşüncə sahiblərinə qarşı qəddar hücumlar təşkil edildi. Azərbaycanın Rusiya tərəfindən işğalı faktı saxtakarlaşdırılaraq, guya XIX əsrin əvvələrində könüllü şəkildə Rusiyanın tərkibinə daxil olduğuna dair yanlış fikir formalaşdırıldı.  “Kitabi Dədə Qorqud” abidəsi xan-bəy əsəri kimi təqdim olunur, qadağan edilir, tədqiqatçıları, o cümlədən görkəmli alim Həmid Araslı təqib edilirdi. Məşhur Azərbaycan tarixçisi A.A.Bakıxanov fanatizmdə, şərqşünas Mirzə Kazımbəy “çarizmin sadiq qulu” olmaqda, akademik M.A.Dadaşzadə “Türkiyənin casusu”, yazıçı Mirzə İbrahimov “sayıqlığını itirməkdə” və digərləri də müxtəlif “günahlar”da ittiham edilirdi [20, s.437]. Azərbaycan ziyalıları bu dövrdə çətinliklə olsa da milli- azadlıq ideyalarını təbliğ etməyə çalışırdı. M.Ə.Rəsulzadə də xaricdə fəaliyyətini davam etdirir, ideyalarını Azərbaycana çatdırmağa çalışırdı. O, 1947-ci ildə Avropadan Türkiyəyə qayıtdı, Ankarada fəaliyyət göstərdi və 1949-cu ildə “Azərbaycan Kultur Dərnəyi”ni yaratdı [27, s.36]. M.Ə.Rəsulzadə Azərbaycanda gedən prosesləri diqqətlə izləyir, düzgün ictimai fikrin formalaşdırılmasına çalışırdı. O, 1955-ci il martın 6-da, 71 yaşında Ankarada vəfat etdi. M.Ə.Rəsulzadə ölümündən sonra da ideyaları ilə Azərbaycanın müstəqilliyi işinə xidmət edirdi. 
 
İmperiyanın rəhbəri  İ.Stalinin vəfatından sonra (5 mart 1953-cü il) ölkədə, o cümlədən Azərbaycanda siyasi vəziyyət dəyişdi. Hakimiyyət uğrunda Lavrenti Beriya və Nikita Xruşşov qruplaşmaları arasında gedən mübarizə ikincinin qələbəsi ilə başa çatdı. L.Beriya 1953-cü ilin iyununda həbs edildi və məhkəmənin hökmü ilə həmin ilin dekabrında güllələndi [40]. İ.Stalin və L.Beriya ilə yaxın münasibətdə olan Azərbaycan rəhbəri Mir Cəfər Bağırov  da hakimiyyətdən kənarlaşdırıldı, 1953-cü ildə, hələ Beriyanın həbsinə qədər AKP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən uzaqlaşdırıldı, Nazirlər Şurasının sədri təyin edildi, Beriyanın ölümündən sonra Kuybışev şəhərinə təsərrüfat işinə göndərildi, neft idarəsində rəis müavini kimi işlədi. O, yalnız 1955-ci ildə məsuliyyətə cəlb olundu, həbs olunaraq Bakıya gətirildi, 1956-cı ilin aprelində məhkəmənin hökmü ilə güllələnməyə məhkum edildi. Rəsmi məlumata görə, hökm həmin il mayın 26-da icra olundu [37], Bayıl qəsəbəsindəki güllələnənlər üçün ümumi, adsız qəbirstanlıqda dəfn edildi [17]. 2015-ci ildə onun cəsədinin qalıqları çıxarıldı, DNK analizi ilə ona aid olduğu təsdiqləndi və Bakı şəhəri Yasamal qəbiristanlığında, oğlu Cahangirin qəbrinin yanında yenidən dəfn edildi [17].
 
Xruşşovun hakimiyyəti dövründə Azərbaycan Kommunist Partiyasına İmam Mustafayev rəhbər seçildi (1954-1959-cu illər). N.Xruşşov iqtisadi, siyasi, ictimai, dövlət idarəçiliyi və digər sahələrdə geniş islahatlar həyata keçirdi. Onun hakimiyyət illəri “mülayimləşmə” dövrü kimi təqdim olunur. İ. Mustafayev yeni şəraitdən istifadə edərək, milli maraqlara uyğun siyasət yeritməyə başladı. Onun  və Ali Sovetin Rəyasət heyətinin sədri Mirzə İbrahimovun təşəbbüsü ilə 1956-cı ilin avqustunda Azərbaycan SSR Konstitusiyasına respublikada dövlət dilinin Azərbaycan dili olması barədə bənd əlavə edildi [1]. Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi istiqamətində xeyli iş görüldü. N.Xruşşov partiyanın XX qurultayında (1956-cı il) “Stalinin şəxsiyyətə pərəstiş “ məsələsini gündəmə gətirdi, şəxsiyyətə pərəstişin ifşa və tənqid olunması istiqamətində qərarlar qəbul edildi, addımlar atıldı. 
İ.Mustafayev bu şəraitdə fəaliyyətini bir qədər də genişləndirdi, milli dəyərlərimizin təbliğinə daha əlverişli şərait yaratdı. Lakin onun bu fəaliyyəti tezliklə Moskvanı narahat etməyə başladı. O, 1959-cu ildə millətçilkdə ittiham edilərək hakimiyyətdən kənarlaşdırıldı [52, s.37]. Azərbaycana Vəli Axundov yeni rəhbər təyin edildi [38]. Onun 10 illik hakimiyyəti illərində əvvəlki siyasət davam etdirildi, milli özünüdərk proseslərinə diqqət yetirildi. Onun dövründə AKP MK-nın katibi Şıxəli Qurbanov xüsusi fədakarlıqla çalışır, milli təəssübkeşlik mövqeyindən çıxış edirdi. 1964-cü ildə SSRİ-də rəhbərliyin dəyişdirilməsi, N.Xruşşovun Leonid Brejnevlə  (1964-1982-ci illər) əvəz olunması, “mülayimləşmə” siyasətinn aradan qaldırılması da Azərbaycanda gedən milli proseslərin qarşısını ala bilmədi. Vəli Axundov, Şıxəli Qurbanov  və onların tərəfdarları artıq sovet imperiyasına deyil, daha çox Azərbaycanın milli maraqlarına xidmət etməyə çalışırdılar. Məhz onların təşəbbüsü ilə 1967-ci ildə o vaxta qədər qadağan olunmuş Novruz bayramı (Bahar bayramı) ilk dəfə rəsmi bayram kimi qeyd olundu [32]. Bayramın keçirilməsindən iki ay sonra S.Qurbanov müəmmalı şəraitdə, diş həkimində müalicə olunduğu bir məqamda vəfat etdi...
 
Təhlükələrə baxmayaraq, Azərbaycanda gizli şəkildə müxtəlif milli təşkilatlar yaranır, fəaliyyət göstərirdi. 1942-ci ildə “İldırım” gizli təşkilatı yaradılmışdı . Təşkilata İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Gülhüseyn Abdullayev və digərləri daxil idi. Onlar fəaliyyətlərini davam etdirir, vərəqlər yazır, paylayır, divarlara yapışdırırdılar. Onların məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idi. 1947-ci ildə onları həbs etdilər, İ.Rəhimov, G.Abdullayev, H.Zeynalova 25 il, digərlərinə 10 il iş verib, Sibirə göndərdilər [24, s.158]. Stalinin ölümündən sonra  onlar azadlığa çıxıb, fəaliyyətlərini davam etdirdilər. Çingiz Abdullayev, Cahid Hilaloğlu  və digərləri vərəqələr paylayır, Azərbaycanın müstəqilliyinin bərpa olunması üçün təbliğat aparırdılar. Cahid Hilaloğlu Şirinov 1957-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 39-cu ildönümü münasibəti ilə üçrəngli Azərbaycan bayrağını Qız qalasının üzərinə qaldırdı, onu həbs etdilər, lakin iş vermədilər. Görünür,  N.Xruşşovun “mülayimləşmə” siyasəti onu xilas edib. Lakin az sonra onu   uydurma “oğurluq” işi ilə bağlı həbs edib, Sibirə göndərdilər. O, 1991-ci ilə qədər yaşadı, həmin ildə yol qəzasında həyatını itirdi [25]. Digər bir təşkilat- Milli Azadlıq Qərargahı (MAQ) 1950-ci illərin sonu 60-cı illərin əvvəlində yaradıldı. Təşkilata ictimai xadim Oqtay Rəfili (Eldəgəz), tanınmış alim Xudu Məmmədov və digərləri rəhbərlik edirdi [3, s.119-120; 22, s.4-6]. Onlar Azərbaycanın müstəqilliyi ideyasını təbliğ edirdilər...
 
(Davamı var)

Ədəbiyyat:

1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (21 avqust 1956). – Azərbaycan dili. Prezident kitabxanası, s. 32.- files.presslib.az/projects/ remz/pdf/atr_dil.pdf.

2. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər). Sənədlər toplusu. Bakı, “Zərdabi LTD” nəşriyyatı, 2013.

3. Azərbaycan tarixi. Yeddi cilddə, VII cild. Bakı, “Elm”, 2008.

4. AzTV-nin yaranmasından 67 il keçir.- oxu.az/society/696022.

5. Axundova E. Heydər Əliyev: şəxsiyyət və zaman. 1-ci hissə (1923-1969). Bakı, “Ozan”, 2007.

6. Bakı Dərin özüllər zavodu.- azerbaijan-news.az/az/posts/detail/baki-derin-ozuller-zavodu-1665434826.

7. Dağlıq Qarabağın Sovet dövrü Heydər Əliyev...- banker.az/dagliq-qarabagin-sovet-dovru-heyder-eliyev-ermenilerin-butun-mekirli-planlarinin-qarşisini-almişdi/.

8. Əliyeva İ. Azərbaycanın yüksəlişində mühüm mərhələlərin başlanğıcı.- azerbaijan-news.az/view-152013/azerbaycanin-yukselisinde-muhum-merhelenin-baslangici.

9. Əliyev H. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.- “Respublika” qəzeti, 30 dekabr 2000-ci il, s. 1.

10. Əlizadə A. Azərbaycanda müasir iqtisadi durum və fundamental elm.- “Azərbaycan” qəzeti, 2014, 29 mart, s. 4.

11. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü.- azerbaijan.az/ related-information/146.

12. Həbibbəyli İ. Sosialist realizmindən milli istiqlaladək.- “525-ci qəzet”, 2017, 6 yanvar, s. 8,10.

13. Xavəri S. XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyəti.- edebiyyatqazeti.az/news/muzakire/52-xx-esrin-60-80-ci-iller-azerbaycan-medeniyyeti.

14. Qaffarov T. Azərbaycan tarixi. 1920-1991. Bakı, “Elm”, 1999.

15. “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 18 dekabr 1997-ci il.- e-qanun.az/ framework/4099.

16. 1978-ci il Konstitusiyası.- files.preslib.az/projects/remz/pdf/atr_kons.pdf. 

17. Mircəfər Bağırovun varisi: “Cəsədini tapdıq, oğlunun yanında dəfn elədik”.- web.archive.org/web/20190123071735/ //news.milli.az/country/ 564732.html.

18. Muradov A. Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair.- “Azərbaycan müəllimi” qəzeti, 2012, 13 aprel, s. 5.

19. Müstəqil Azərbaycan 10 il. Statistika məcmuəsi. Bakı, “Səda”, 2001.

20. Nuriyeva İ. Azərbaycan tarixi. Texniki ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.

21. Paşayev A. Köçürmə. Bakı, “Gənclik”, 1995. 

22. Oqtay Kərim oğlu Rəfili (Oqtay Eldəgəz). Poladdan bir yarpaq. Bakı, “Elm və təhsil”, 2013.

23. Rüstəmov F. Heydər Əliyev və Azərbaycandan kənarda ali təhsilli kadr hazırlığı.- muallim.edu.az/news.php?id=24039.

24. Siyasi tarix: mühazirə kursu, II hissə. Bakı, “Azərbaycan Ensiklopediyası NPB”, 1998.

25. Şamil Əzizə, Şamil Əli. Azərbaycanın müstəqilliyinə ömür həsr edənlər.- academia.edu/38508198/Cahid_Hilaloğlu_və_Çingiz_Abdullayev_Mədəniyyət_Dünyasındain_pdf.

26. Vazgen, Papa və Sadıq Rəhimov.- sia.az/news/articles/552040.html.

27. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası, Bakı, “Kitab klubu”, 2013.

28. Zülfüqarlı M. Azərbaycan tarixi. İkinci Respublika dövrünün tarixşünaslığı (1920-1991-ci illər). Bakı, “Çaşıoğlu”, 2001.

29. Altstadt A.L. The Azerbaijani Turks. Pours and identity under Russian Rule. Stanford, 1992.

30. Broers L. Armenia and Azerbaijan: Anatomy of a Rivalry.- Edinburgh University Press, 2019.

31. Hull J. “The Second Industrial Revolution: The History of a Consept”, Storia Della Storiografia, 1999, Issue 36.

32. Qəzənfərqızı A. “Novruz under the Soviet Union.- visions.az/en/news/ 892/14b15f4d/.

33. Азербайджан в 1920-91 годы.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/az/terms/ 20212/cild/12.

34. Азербайджан в цифрах в 1990 году. Баку, «Азернешр», 1991.

35. Азербайджанская ССР 50-летию Великого Октября. Баку, «Статистика», 1967.

36. Алиев И. Нагорный Карабах. История, факты, события. Баку, «Элм», 1989.

37. Багиров Мир Джафар Аббас оглы.- Справочник по истории Коммунистической партии и Советского Союза 1898-1991.- web.archive.org/web/20121014031703/ http:/www.kvowbysight.info/ BBB/01187.asp.

38. Велизаде И. Вели Ахундов-человек из «оттепели».- azertag.az/ ru/xeber/ Veli_Ahundov_chelovek_iz_ottepeli-95/014.

39. Верховный совет Азербайджанской ССР (1920-1991-е годы.- meclis.gov.az/news/-az.php?id=15&lang=ru.

40. «Весь обмарался»: как убивали Берию.- gazeta.ru/science/ 2018/12/ 23/_a_12_12105331.shtml.

41. Закон СССР «О передаче Крымской области из состава РСФСР в состав Украинской ССР. Москва, Издание Верховного Совета СССР, 1954.

42. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, «Флинта», 2010.

43. Мингечаурская ГЭС.- booksite.ru/fulltext/1/001/008/076/626.htm.

44. Мустафа Н. Депортация 1948-1953 годов.- iravan.preslib.az/ru/1948-1953_deportasiyasi.html.

45. Народное образование и культура в Азербайджанской Республике. Стат. сборник. Баку, «Азернешр», 1992.

46. Народное хозяйство Азербайджанской ССР в 1985 году. Стат. ежегодник. Баку, «Азернешр», 1986.

47. Общая характеристика экономики.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/terms/20227/cild/12.

48. Помреев Ю. Кровавый омут Карабаха. Баку, изд. «Азербайджан», 1992.

49. Притязания армян к АзССР после второй мировой войны (1945-1960-е гг.).- azerhistory.com/?p=21958.

50. Промышленность СССР. Стат. сборник. Москва, «Финансы и статистика».

51. «Установить нормы отпуска…»// «Российская газета», 2020, №96 (8150), s. 29.

52. Фурман Д.Е. Азербайджан и Россия: общества и государства. Москва, «Летний сад», 1999.

 
Oxşar xəbərlər
06:24, Bu gün
Azərbaycanda sabiq diplomat SAXLANILDI
22 Jul 2024 | 23:36
"Gülümsəyin, bu, ürəyiniz üçün faydalıdır": beyin infarktın müalicəsinə kömək edir
22 Jul 2024 | 23:33
Xəbərdarlıq: İyulun 26-dan avqustun 5-nə kimi vaxtınız var
22 Jul 2024 | 23:23
"Demokratlar həmişə ermənipərəst olublar" - Qüdrət Həsənquliyev
22 Jul 2024 | 23:18
Azərbaycanda nadir rast gəlinən heyvan Kəlbəcərdə... - FOTO
22 Jul 2024 | 23:15
Ukrayna Silahlı Qüvvələri artıq bu il işğalda olan Krımı bloklaya bilər
22 Jul 2024 | 23:10
Bu ölkədən Bakıya birbaşa reyslər açıla bilər - Nazir
22 Jul 2024 | 23:03
Dondurmanı necə faydalı etmək olar?
22 Jul 2024 | 23:00
"Nar" Mətbuat günündə jurnalistləri bir araya topladı - FOTOLAR
22 Jul 2024 | 22:57
Dövlət Departamenti: "ABŞ sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir"
22 Jul 2024 | 22:50
iPhone istifadəçilərinin nəzərinə - Bu tətbiqi dərhal silin!
22 Jul 2024 | 22:43
Məşhur müğənni milyarderlər siyahısına düşdü
22 Jul 2024 | 22:35
Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
22 Jul 2024 | 22:27
"İstanbula  getmişdim, nə qədər evlilik təklifi aldım..."
22 Jul 2024 | 22:20
Azərbaycanlı gənc "Harvard"ı fərqlənmə ilə bitirdi
22 Jul 2024 | 22:15
Nişanlısı dənizdə ölən Aytac: Gözlə məni... - FOTO
22 Jul 2024 | 22:11
Tovuzda 40 qəpiyə görə dava DÜŞDÜ
22 Jul 2024 | 22:05
Dövlət Departamenti: "ABŞ sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir"
22 Jul 2024 | 22:05
Milli Məclis Aparatının sabiq rəhbəri VƏFAT ETDİ
22 Jul 2024 | 22:00
Azərbaycan mətbuatı tarixindən - Nəsiman Yaqublunun yazısı
22 Jul 2024 | 21:54
"Kişilər həmişə "zapasda" başqa qız saxlayır" - Müğənni Aygül xanımlara səsləndi
22 Jul 2024 | 21:51
"Sözü, fikri, düşüncəsi azad olmayan insan Azad İnsan ola bilməz"
22 Jul 2024 | 21:48
Azərbaycandan yeni siyasi-ekoloji mədəniyyət nümunəsi...
22 Jul 2024 | 21:43
Bakıda baha internetə əlac tapılıb
22 Jul 2024 | 21:40
"Onlar Defi öldürdülər! İnşaAllah, Sinvarı da öldürəcək..." - Audio söhbət
22 Jul 2024 | 21:35
Bakıda arvadından ayrılan kişi anasını öldürdü
22 Jul 2024 | 21:31
“2013-cü ildə “ASAN xidmət” yaradıldı…”-TARİX
22 Jul 2024 | 21:22
“Simpsonlar” Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"
22 Jul 2024 | 21:15
Bakıda avtobus alışıb yandı
22 Jul 2024 | 21:10
Xırdalanda qatar uşağı vurub öldürdü
22 Jul 2024 | 21:03
Bu kənddə kişilər və qadınlar üçün ayrı dayanacaqlar var - FOTO
22 Jul 2024 | 20:56
Tiflisdə iş adamının qətli: Azərbaycanlı 9 il sonra tutuldu
22 Jul 2024 | 20:50
Üçotaqlı ev külə döndü: İki yaşlı körpə yanaraq can verdi
22 Jul 2024 | 20:44
Bakıda vətəndaşları intihara təhrik edən qəhvə satan şəxs barədə tədbir görülüb
22 Jul 2024 | 20:36
Yaponların xoşbəxt evliliyin sirri bu imiş - MARAQLI FAKT
22 Jul 2024 | 20:28
Səfir: Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək
22 Jul 2024 | 20:22
“Azərpoçt”: Ölkədaxili pul köçürmələrində 60-70 % azalma var
22 Jul 2024 | 20:15
Bakıda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələdilər - Polis...
22 Jul 2024 | 20:10
Bakıda uşaq bağçasından OĞURLUQ: Görün nə apardılar?
22 Jul 2024 | 20:06
Alman nazir: Acı həqiqət budur ki, Putin Rusiyası...
22 Jul 2024 | 19:58
Azərbaycanda ağır qəza: 10 nəfər xəsarət aldı
22 Jul 2024 | 19:52
Həmidə Ömərova yeni seriala çəkilir
22 Jul 2024 | 19:45
Polisdən ƏMƏLİYYAT: Saxlanılanlar var
22 Jul 2024 | 19:37
Ağcabədidə yol kənarında yanğın olub
22 Jul 2024 | 19:30
"Tesla" insanabənzər robotlar istehsal edəcək
22 Jul 2024 | 19:24
“Sabirin “neçə əhli-qələmlər, buraxıb canıma qəmlər” dediyi əsərindəki fikirlər hələ də aktualdır...”
22 Jul 2024 | 19:20
“Duman”ın solistinin həyat yoldaşı çimərlikdə ulduz oldu – HAMI ona baxırdı
22 Jul 2024 | 19:14
Türkiyədə 4.7 maqnitudalı zəlzələ olub
22 Jul 2024 | 19:06
Lənkəranda məsciddən oğurluq edildi
22 Jul 2024 | 18:59
Maşını niyə pəncərəsi açıq sürmək olmaz?
22 Jul 2024 | 18:51
Xırdalanda 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqilləri yanıb, sakinlər təxliyə edilib
22 Jul 2024 | 18:45
Türkiyədə otel və restoranlar pik turizm mövsümündə boş qalıb
22 Jul 2024 | 18:40
"Lamborghini" dizaynında smartfon təqdim olundu
22 Jul 2024 | 18:35
Avropa İttifaqı tarixdə ilk dəfə olaraq Ermənistana hərbi dəstək göstərməyə qərar verib
22 Jul 2024 | 18:33
Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub
22 Jul 2024 | 18:27
Bazarda pomidor niyə bahadır? – Sədrdən AÇIQLAMA
22 Jul 2024 | 18:20
Qara Qarayevin abidəsi restavrasiya edilir
22 Jul 2024 | 18:13
Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur
22 Jul 2024 | 18:07
Gəlinlik seçəndə diqqətli olun, sirr “kəmərdə”dir
22 Jul 2024 | 18:07
Fatmayıda bağ evindən 20 min manatlıq OĞURLUQ
22 Jul 2024 | 18:02
"Azərbaycan öz qazını Rusiyanın əvəzinə Ukrayna vasitəsilə ixrac edə bilər" - "Bloomberg"
22 Jul 2024 | 18:00
Azərbaycanda un ucuzlaşıb
22 Jul 2024 | 17:53
Şəxsiyyət testi: Seçdiyiniz ay xarakter xüsusiyyətlərinizi ortaya qoyur
22 Jul 2024 | 17:47
Çimərlikdə bunlara yoluxa bilərsiniz – DİQQƏTLİ OLUN
22 Jul 2024 | 17:44
“Mənim üçün ən böyük mükafat - sözümü azad demək, yazmaq imkanı olardı...”
22 Jul 2024 | 17:40
Azərbaycanda FACİƏ: Futbol klubunun rəhbəri çayda boğuldu - VİDEO 
22 Jul 2024 | 17:33
Meyxanaçı Kərimdən YENİ XƏBƏR
22 Jul 2024 | 17:28
"Putin çox da ağıllı deyil, həm də amansızdır" - Zelenski
22 Jul 2024 | 17:26
"Demokratlar Partiyasının bütün liderləri Kəmalə Harrisə dəstək verib" - CNN
22 Jul 2024 | 17:18
Azərbaycanda 16 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
22 Jul 2024 | 17:11
18 minlik kostyumumun 4 bakal pivə ilə korlayanı BELƏ CƏZALANDIRDI - VİDEO
22 Jul 2024 | 17:04
Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılır
22 Jul 2024 | 16:58
Bakıda tanışını bıçaqlayan kişi saxlanıldı
22 Jul 2024 | 16:53
Zelenskidən Baydenin qərarına reaksiya
22 Jul 2024 | 16:45
Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək
22 Jul 2024 | 16:39
Ağıl dişləri nə üçündür?
22 Jul 2024 | 16:32
Sumqayıtda küçədən meyit tapılıb
22 Jul 2024 | 16:26
Bu il universitetlərdə keçid balı artacaq?
22 Jul 2024 | 16:20
Fərrux Kərimoviç Zakirova “Xalq artisti” fəxri adı verilib
22 Jul 2024 | 16:14
Prezidentdən "ASAN Viza" ilə bağlı FƏRMAN
22 Jul 2024 | 16:08
Azərbaycana qarşı olan ekspertə cinayət işi açıldı
22 Jul 2024 | 16:02
Tramp qalib gəlsə, nələr dəyişəcək? - Kobaxidze
22 Jul 2024 | 15:56
Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq
22 Jul 2024 | 15:49
Bakı həbsxanasında daha bir ÖLÜM
22 Jul 2024 | 15:43
İranda səkkiz nəfər edam olunub
22 Jul 2024 | 15:37
2024-cü ildə ailəvi istirahət üçün ƏN YAXŞI İSTİQAMƏTLƏR
22 Jul 2024 | 15:31
Hacı İsmayılova vəzifə verildi
22 Jul 2024 | 15:25
Ermənistan sərhədimizi atəşə tutub, “təklif” verdi
22 Jul 2024 | 15:18
Milli Parkın ərazisində qanunsuz ov edən saxlanıldı
22 Jul 2024 | 15:12
İyulda temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub
22 Jul 2024 | 15:05
Salma Hayek eyni kişi ilə 4 dəfə evləndiyini açıqladı
22 Jul 2024 | 14:57
Jurnalistlərin yazdığı xəbərlər əsasında 4 cinayət işi açılıb - BAŞ PROKUROR
22 Jul 2024 | 14:50
Tanınmış yazıçı VƏFAT ETDİ
22 Jul 2024 | 14:44
Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb
22 Jul 2024 | 14:38
"Əziyyətlə böyümüşəm” - Elçin Cəlilovun qızı
22 Jul 2024 | 14:32
“Özümü gözəl hesab etmirəm” - VİDEO
22 Jul 2024 | 14:25
Eyni suyun fərqli dadı: “təmiz su” fırıldaqlığı - SƏDR DANIŞDI
22 Jul 2024 | 14:18
Mükəmməl qarpızı necə seçmək olar? - Satıcıların demədiyi sirlər
22 Jul 2024 | 14:10
Jurnalist mətbuat günündə vəfat etdi
22 Jul 2024 | 14:03
Fatmayıda bağ evindən 20 min manatlıq OĞURLUQ
GÜNLÜK
22 Jul 2024 | 15:31
Hacı İsmayılova vəzifə verildi
22 Jul 2024 | 10:46
Teatr Xadimləri İttifaqının qurultayı keçirilir-“Hacı İsmayılov bir müddətdən sonra yerini Mehriban Ələkbərzadəyə verəcək”-İDDİA+ÖZƏL
22 Jul 2024 | 14:38
"Əziyyətlə böyümüşəm” - Elçin Cəlilovun qızı
22 Jul 2024 | 12:22
SON DƏQİQƏ! Xəzər dənizində Rusiya və İranın...
22 Jul 2024 | 12:09
Ticarət mərkəzində PARTLAYIŞ: Çox sayda yaralı var- VİDEO
22 Jul 2024 | 10:39
Nigar izləyicilərini TƏHQİR ETDİ: "Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən"
22 Jul 2024 | 10:23
Hamilə qadın ərini məşuqəsi ilə çimərlikdə yaxaladı - FOTO
22 Jul 2024 | 09:08
Bu qidaları yeyərək 100-200 il yaşaya bilərsiniz
22 Jul 2024 | 11:16
60 min manatlıq təklifə yox dedim – ƏRİM...(VİDEO)
22 Jul 2024 | 11:39
Minimum maaş bu tarixdə artacaq - Vaxt verildi
HƏFTƏLİK
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
16 Jul 2024 | 08:14
Paşinyan buna görə İlham Əliyevdən daha iki il vaxt istədi...-O da razılaşdı?..-İDDİA
16 Jul 2024 | 10:23
Dünyaya səs salan “Qarabağ bülbülləri”-nin 4 oğlundan biri- “Ağdamın işğalından sonra oxumadı”-FOTOLAR+ÖZƏL
16 Jul 2024 | 14:53
“İran prezidentinin 1-ci müavini dedi ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türkləridir...”
AYLIQ
22 Jul 2024 | 15:31
Hacı İsmayılova vəzifə verildi
22 Jul 2024 | 10:46
Teatr Xadimləri İttifaqının qurultayı keçirilir-“Hacı İsmayılov bir müddətdən sonra yerini Mehriban Ələkbərzadəyə verəcək”-İDDİA+ÖZƏL
22 Jul 2024 | 14:38
"Əziyyətlə böyümüşəm” - Elçin Cəlilovun qızı
22 Jul 2024 | 12:22
SON DƏQİQƏ! Xəzər dənizində Rusiya və İranın...
22 Jul 2024 | 12:09
Ticarət mərkəzində PARTLAYIŞ: Çox sayda yaralı var- VİDEO
22 Jul 2024 | 10:39
Nigar izləyicilərini TƏHQİR ETDİ: "Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən"
22 Jul 2024 | 10:23
Hamilə qadın ərini məşuqəsi ilə çimərlikdə yaxaladı - FOTO
22 Jul 2024 | 09:08
Bu qidaları yeyərək 100-200 il yaşaya bilərsiniz
22 Jul 2024 | 11:16
60 min manatlıq təklifə yox dedim – ƏRİM...(VİDEO)
22 Jul 2024 | 11:39
Minimum maaş bu tarixdə artacaq - Vaxt verildi