Alim Qasımov: “Efirdə toyxana açıblar ”“ biabırçılıqdır”
Oxunub: 2451
05 May 2015 | 21:54
Alim Qasımov: “Efirdə toyxana açıblar ”“ biabırçılıqdır”

Öz səsi ilə eşidənləri heyran edən,  bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, milli mədəniyyətimizin dünyaya yayılmasında mühüm rol oynayan xalq artisti Alim Qasımov Yeni Musavat-a müsahibə verib. 


Moderator.az həmin müsahibəni təqdim edir:


- Alim bəy əhvalınız necədir? Uzun zaman idi ki, sizinlə əlaqə saxlamağa çalışırdıq. Lakin hər dəfə ya ölkə xaricində olurduz, ya da ki, konsertlərə hazırlaşırdız.

- Sözün düzü, çox zaman özüm bəhanələr tapıb görüşlərdən qaçıram. Elə bilirəm ki, daha söhbət etmək, danışmaq məni çox yorub. Lakin sizi mənə çox təriflədilər, ona görə müsahibəyə razı oldum (gülür). 

- Son vaxtlar xarici səfərlərdən səs-sorağınız tez-tez gəlir.

- Doğrudur, xeyli sayda konsert səfərlərim olur. Lakin bu barədə danışmağı xoşlamıram.

“O yerlərdə tıxaclar olmur, insanlar sakit tərzdə danışırlar...”


- Dünyanın bir çox ölkələrində olmusuz. Hansısa ölkə və yaxud, şəhər sizə möcüzəli təsir bağışlayıbmı?

- Kiçik, sakit və təmiz küçələri olan şəhərləri çox sevirəm. Xüsusilə evlərin, küçələrin güllərlə bəzədilməsinə valeh oluram. Belə yerlərə daha çox Avropada rast gəlmişəm. Bu cür şəhərlərin yollarında tıxaclar olmur, insanlar sakit tərzdə danışırlar...

“İndi çıxmışıq stula”


- Bardaş qurub oxumaqla səhnə mədəniyyətimizə yenilik gətirdiz. Bu ideya necə yarandı?



- Bir dəfə Belçikada konsertimiz var idi. Konsertdən əvvəl məşq edərkən gördük ki, səhnə hələ tam qurulmayıb, stullar belə yoxdur. Buna çox əsəbiləşdim. Lakin buna əhəmiyyət verməyərək yerdəcə bardaş qurub məşqimizə başladıq. İfa edəndə gördüm ki, belə daha rahatdır. İfaçılarımdan soruşdum, belə çalıb-oxuya bilərikmi? Hamının xoşuna gəlmişdi, dedilər, belə daha gözəldi. Baxdım ki, bu cür düzülmək səhnəyə də qədimilik çaları verir. Hətta sonradan stulları səhnəyə gətirəndə onları geri qaytardım və konserti bu cür təşkil etdik. O vaxtdan səhnədə bardaş qurub ifalarımızı yerinə yetirirk. Bəzən olur ki, hansısa muğamın zil yerində musiqiyə qapılıb kəskin hərəkətlər edirik. Belə anlarda stulda əyləşmək narahatlıq yaradır. Yerdə bardaş qurmaq bu baxımdan çox rahatdır.

“İlk dəfə Belçika konsertində səhnədə bardaş qurub oxumuşam”


Uşaqlıqda biz yerdə bardaş qurub süfrə açardıq. O zaman kasıbçılıq idi, stul nə gəzirdi. İndi çıxmışıq stula (gülür).

“Allaha yalvarışlar edir, əl hərəkəti ilə lazım olan notları tutmağa çalışırıq”


- İfa zamanı səhnəni unudur, öz dünyanızda, aləminizdə olursuz, sanki göylərdə uçursuz...

- Məsələn, maşını işə salanda birinci gərəkdir ki, açarı burasan, bir güzgüyə baxasan, qapını örtəsən və s. Mən də ifamı işə salmaq üçün özümdən asılı olmayaraq daxilimdə olan bacarığımı ortaya çıxartmağa çalışıram. Bu zaman səhnədə nə hərəkət etdiyimdən, necə göründüyümdən xəbərim olmur. Ola bilsin ki, kənardan hətta yersiz görünsün. Lakin hər bir hərəkətin öz məğzi, dəyəri var. Allaha sanki yalvarışlar edir, əl hərəkəti ilə lazım olan notları tutmağa çalışırıq. Bütün bunların hamısı vəhdət təşkil etməlidir. Yoxsa musiqinin “halı” yaranmaz. 


“Avropa Oyunlarına dəvət almamışam”


- Azərbaycanda keçirilən “Eurovision-2012” yarışmasında öz kompozisiyanızla çıxış etdiniz. Çox maraqlı layihə alındı. Artıq ilk Avropa Oyunlarının keçirilmə tarixinə az qalır. Bununla da bağlı dəvət almısınızmı?

- Hələ ki, heç bir dəvət gəlməyib. Əgər musiqi baxımından mənim ifam gərək olarsa, yəqin ki, dəvət edərlər. Lakin dediyim kimi, bu barədə hələ ki, mənə heç bir məlumat verilməyib.
“Başqalarının dediyi kimi oturub-dursaydım indiki Alim Qasımov olmazdım”


“2500 manat rüşvət istədilər ki, səni texnikuma qəbul edək”


- İfa zamanı sərbəst improvizasiyalardan kifayət qədər istifadə edirsiz. Buna görə muğam ustadlarının tənqidi ilə üz-üzə gəlmisinizmi?

- Nəinki tənqid, hətta təhqirlə də rastlaşmışam. Lakin bunların heç birinə fikir vermədim. Çünki ifamdakı  improvizasiyaları ağılla deyil, ürəyimlə etmişəm. Bu cür mənə xoş gəldiyindən tənqid və təhqirlərə baxmayaraq ifamdakı yenilikləri tərgitmədim, əksinə, daha da mükəmməlləşdirdim. Əgər hər kəsin dediyi ilə oturub-dursaydım indiki Alim Qasımov olmazdım. Bu sənətimdən ilk növbədə özüm zövq almağa çalışıram. 

Əlbəttə ki, mənə qarşı tənqidlər olanda özüm öz ifalarımı təhlil etmişəm. Lakin görəndə ki, heç bir səhv yoxdur, öz yoluma davam etmişəm. 



Ümumiyyətlə zamandan da çox şey asılıdır. Məsələn, bir əsr bundan əvvəlki ifa ilə bu günki ifaları müqayisə edəndə görürük ki, arada xeyli fərq var. Gəlin baxaq, Keçəçioğlu Məhəmmədin ifası ilə indiki sənətkarların ifası eynidirmi? Əlbəttə ki, yox. Buna görə də sənətdəki yeniliklərə açıq olmaq lazımdır.  

- Adətən incəsənət adamları pərəstiş etdiyi sənətkarların  yaradıcılığından nələrisə nümunə götürür. Bəs Alim Qasımov kimlərdən yararlanır?

- Bu barədə çox sənətçinin adını çəkə bilərəm. Məsələn, mənim ustadım Ağaxan Abdullayev olub. Daha sonra Nəriman Əliyevdən, Vahid Abdullayevdən dərslər almışam. Asəf Zeynallı adına musiqi ocağında dərs alanda təkcə ustadlarım deyil, digər muğam sənətkarlarının da dərslərinə girir, muğam haqqında daha yeni bir məlumat əldə etməyə çalışırdım. Məsələn, Seyid Şüşinskinin, Zülfü müəllimin, Mütəllim Mütəllimovun dərslərini izləyirdim. Hətta adını indi çəkmədiyim sənətkarlar var ki, mən onların yaradıcılığından xeyli bəhrələnmişəm. Bu, məndən asılı deyil, qulaq o ifaları eşidir, beyin onu qəbul edərək yaddaşa salır və hansısa konsert və ya ifada özünü göstərir. Dəfələrlə olub ki, öz ifamdakı yeniliklərə məətəl qalmışam ki, bu hardan ağlıma gəldi. Təhlil edəndə görürəm ki, bu ifanı hansısa sənətçidən eşitmişəm. İş təkcə bununla bitmir, bir də görürsən, dünya musiqisindən, şərq dünyasından hansısa nəfəs ifaya gəlib çıxır. İncəsənət məhz bu baxımdan “incə sənət”dir, onun şaxələri çoxdur. 

“Məni təhqir edirdilər ki, niyə belə oxuyursan...”



“Muğam ifaçılığından 3 qiymət almışdım”


- Dünyanı heyrətə salan Alim Qasımov vaxt var idi ki, imtahanlardan kəsilmişdi, onu təhsil ocağına qəbul etmirdilər...

- Baxmayaraq ki, sovet dövrü idi, lakin onda da musiqi ilə bağlı təhsil ocaqlarında pul mühüm rol oynayırdı. Mənim səsim var idi, lakin orta məktəb təhsilimin səviyyəsi demək olar ki, sıfır idi. Elmi cəhətdən çox geridə qalırdım. Lakin ifa istedadıma görə mənə güzəştə getmək olardı. Əksinə, mənə ixtisasdan 3 yazıldı. Heç olmasa 4 də yazmadılar. 

“Ora daxil olmaq üçün məndən 2500 manat istədilər...”


Sonra gəldim Asəf Zeynallı adına texnikuma. Orda məndən 2500 manat istədilər. Məndə bu qədər pul hardan idi... Məcbur qalıb əsgərlik hesabıma sürücülük məktəbinə daxil oldum. 
Lakin sonradan qohumlarımın tanışlığı ilə məni məktəbə qəbul etdilər. Və ixtisasımdan “5” aldım. Təbii ki, o “5”i mən öz sənətimlə almışdım. Yadımdadır, ədəbiyyat imtahanında  Səməd Vurğundan nəsə düşmüşdü, onu da bilmədim. Lakin tapşırıldığımdan bu dəfə mənə güzəştə getdilər (gülür).

- İndinin özündə də bəzən istedadlı gəncləri imtahanlardan uzaqlaşdırmaq üçün qəsdən ixtisas qiyməti aşağı yazılır. Digər fənlərə baxan komissiya üzvləri də bunu bəhanə edib aşağı qiymət verməyə çalışır.

- Deməzdim belədir, indi vəziyyət bir qədər fərqlidir. Milli Konservatoriyada istedadlı, potensiallı gənclərə kifayət qədər güzəştlər edilir. 

- Sizin ifanızda muğam və aşıq sənətinin sintezi olan “Şirvan şikəstəsi” çox fərqlidir



- Şikəstələr həmişə yanıqlı ifa edilib. “Şirvan şikəstəsi” də həmçinin. Lakin şikəstələrdə adətən qoşma, gəraylı olur, qəzəl oxunmur. Bilmirəm hardansa ağlıma gəldi ki, bura bir qəzəl daxil edim.  Deyim ki, çox da gözəl alındı. İnşallah Allah ömür verər, digər aşıq havaların da nəzər yetirərəm. 

“Mətbuatı qətiyyən izləmirəm”


“İndi neyləyək ki, o rəqqasənin göbəyi çox olub”


- Tarixin bütün dövrlərində yeniliklər tənqid olunub, onlara qarşı gəlinib. Məsələn, bu yaxınlarda aşıq Ədalət Nəsibov aşıq havasında göbək rəqsini ciddi tənqid etdi.

- Aşıq Ədalət böyük sənətkardır, saz sənətində onun rolu misilsizdir. Kimsə bu cür yenilikləri uda bilir, kimisi isə dözməyib içəridən coşaraq üsyan edir. Lakin “bu olar, bu olmaz” fikri yanlışdır. Hər kəsin öz düşüncəsi, dünya görüşü, baxışı var. Məsələni bu dərəcədə şişirdərək dava səviyyəsinə gətirmək, səs-küy yaratmaq doğru deyil. Aşıq Ədalət də sazın qeyrətini çəkərək, onu müqəddəsləşdirdiyindən bu cür halları qəbul edə bilmir. Saz havası ilə göbək rəqsi - niyə də olmasın. Göbək rəqsində insanın bütün əzası tərpənir, indi neyləyək ki, o rəqqasənin göbəyi çox olub (gülür). Yəni belə şeyləri çox qabardıb şouya çevirmək olmaz.

- Amma gəlin etiraf edək ki, yeni gələn gənc nəsil bu cür yenilikləri görüb sənəti elə bu cür də qəbul edir.

- Tamamilə razıyam. Bu gün bayağı musiqilər baş alıb gedir. Bu cür musiqilərin yolu, görkəmi çox az olmasına baxmayaraq biz onları efirlərə, radiolara ötürməkdən çəkinmirik. Bu, yolverilməzdir. Təəssüflər olsun ki, hazırda efirlərimizdə səslənən musiqilərin 70-80 faizi bayağı musiqilərdir. Onsuz da insanlar restoranda, məclislərdə olanda o cür bayağı musiqiləri eşidir. Bunu daha efirə də çıxartmağın nə mənası, anlamı var? Axı bütün tamaşaçıların zövqü eyni deyil. Cəmiyyətimizdə əsl, keyfiyyətli musiqi eşitmək istəyən xeyli insanlarımız var. Lakin indi onlar da bu cür musiqiləri dinləməyə məcburdurlar. Efirlərdə ancaq toyxana gedir. Bu, biabırçılıqdır.

- Sanki palatka toylarıdır...

- Ondan da pisdir. Palatka toyları onların yanında ən məşhur konsertlərə bənzəyir. Amerikanın diskotekaları bizim efirlərdə gedən musiqili verilişlərdən daha tərbiyəlidir.

- Belə çıxır ki, mətbuatı izləmirsiz?

- Qətiyyən xeyr

- Dünyada baş verənləri də? Məsələn, terroçu İŞİD təşkilatını törətdiyi cinayətlər, ölkələr arasında gedən müharibələr...

- Belə şeyləri görəndə deyirəm, ilahi, sən özün haqq-ədaləti bərqərar et, ölkəmizi fərahimdə saxla, bizi mərdimazardan uzaq et, dini-imanlı olaq. Lakin qeyd etdiyiniz o cür hadisələri izləmirəm. Çünki bu tip olayları izlədikdə insan mənfi aura ilə yüklənir, bu da sonradan insana pis təsir edir, hərəkətlərdə aqressiya yaranır. Çalışıram ki, özümü belə şeylərdən uzaq tutum.

“İŞİD-ın törətdiklərinə ona görə baxmıram ki...”


- Dünya sənətkarları ilə birləşib bu cür terrorlara qarşı aksiya keçirtmək fikriniz olubmu?

- Bu haqda heç vaxt fikirləşməmişəm. Lakin belə bir ideya olarsa məmnuniyyətlə iştirak edərdim.



“Nə edirəmsə özüm üçün deyil, səsim üçün edirəm” 


- Fiziki baxımdan xeyli çevik və şux görünürsüz, bilmək istərdik, idmanla məşğul olursuz?

- Şükürlər olsun ki, mənim səsim var. Buna görə özümə diqqət edirəm. Bu da öz səsimə, sənətimə olan hörmətimdən irəli gəlir. Əgər bu gün səsim olmasaydı indi Allah bilir hardaydım. Hər gün səhər tezdən dururam, müəyyən hərəkətlər edirəm. Nə edirəmsə özüm üçün deyil, səsim üçün edir, çalışıram. 

- Gənc muğam ifaçılarından razısızmı?

- Öz zövqümlə deyə bilmərəm ki, kim yaxşıdır, kim pis. Lakin gənc ifaçılar arasında elələri var ki, onlar çox istedadlıdır. Əgər indi yaxşı tamaşaçı da yetişərsə onlar daha da irəli gedərlər. Yəni, tamaşaçıdan da çox şey asılıdır. Dinləyici və yaxud tamaşaçı sənətçilərdən öz tələblərini etsələr ki, biz səviyyəli musiqi istəyirik, vəziyyət dəyişər. Belə olan halda ifaçılar da öz sənətlərinə daha ciddi yanaşar, ortalığa daha yaxşı nəticələr gələr. 

Bir söz də deyim, gəncləri hər şeyə görə qınamaqdansa, onlara dəstək olmalıyıq.  

Oxşar xəbərlər
22:07, Bu gün
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
22:05, Bu gün
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
21:37, Bu gün
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
21:36, Bu gün
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
20:52, Bu gün
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
20:50, Bu gün
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
20:38, Bu gün
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
20:32, Bu gün
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
20:26, Bu gün
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
20:23, Bu gün
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
20:16, Bu gün
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
19:54, Bu gün
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
19:51, Bu gün
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
19:49, Bu gün
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
19:45, Bu gün
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
19:44, Bu gün
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
19:41, Bu gün
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
19:38, Bu gün
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
19:18, Bu gün
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
19:14, Bu gün
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
19:12, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
19:03, Bu gün
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
19:01, Bu gün
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:59, Bu gün
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
18:50, Bu gün
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
18:49, Bu gün
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
18:46, Bu gün
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
18:39, Bu gün
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
18:33, Bu gün
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
18:13, Bu gün
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
18:05, Bu gün
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
18:00, Bu gün
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
17:55, Bu gün
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
17:50, Bu gün
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
17:45, Bu gün
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
17:40, Bu gün
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
17:35, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
17:30, Bu gün
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:17, Bu gün
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
GÜNLÜK
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR